Hz. Mehdi (ə.s) insanların ağıllarının artmasına vəsilə olacaq.

Hz. Mehdi (ə.s.)-ın zühurunun ardından ona böyük qardaş olan insanlar üzərində səmimiyyət və ağıl artımı olacaq. Hz. Mehdi (ə.s.) insanların əxlaq və şəxsiyyət olaraq yetkinləşmələrinə vəsilə olacaq bu inkişaf nəticəsində isə insanların Allahın ayələrini anlama güclərini və anlayışlarını gücləndirəcək.

 

"Hz. Mehdinin (ə.s.) təbliğ üsulu insanların ürəklərinin  dərinliklərinə işləyən və Allaha ən səmimi ürəklə yönəldən şəkildə olacaq. Dindən uzaqlaşmış olanlar ibadətlərinə, şükür etməyə və hüzura geri dönəcəklər." (İkdud Durar, səhifə. 156, Bihar- ül Envar, cild 53, s. 36 və 280)

 

Hədisində ifadə edildiyi kimi, Hz. Mehdi (ə.s.) İslam əxlaqını izah edərkən son dərəcə səmimi bir üsuldan istifadə edəcək. Allah Hz. Mehdi (ə.s.)-ın səmimiyyətini də vəsilə edərək "Hadi" sifətiylə təcəlli edəcək və insanları hidayətə çatdıracaq. Hz. Mehdi (ə.s.)-ın dövründə insanlar  təmiz bir qəlblə Allaha iman edəcəklər və imanı zəifləmiş insanların da yenidən imanları güclənəcəkdir. Hz. Mehdi (ə.s.)-ın İslam əxlaqını izah şəklindəki səmimiyyətin xüsusilə diqqət çəkməsinin səbəblərindən biri də, Hz. Mehdi (ə.s.)-ın yaşadığı dövrdə insanların ümumi olaraq səmimiyyətdən uzaq münasibətiçində olmalarıdır. Peyğəmbərimiz (s.ə.v) həmçinin iman edən insanların ürəklərinin razı olacağına və sülh, hüzur mühitinin meydana gələcəyinə də diqqət çəkmişdir.