Anarxiya və bütün dünyadakı qiyamlar.

Qiyamətin dərhal yaxınında anarxiya və qarışıqlıq günləri vardır. (Suyuti, Camius Sagır, 3/211)

 

... (O vaxtda) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar da insanlar bir-birlərini öldürərlər... (Ölüm Qiyamət Axirət və Axır Zaman Əlamətləri, s. 376, nömrə. 685)

 

Anarxiya və qarşıdurma, geridə buraxdığımız əsrin ən diqqətə çarpan xüsusiyyətlərindən biridir. Vətəndaş müharibələri, qiyamlar minlərlə insanın həyatına düşmüş, təhlükəsizlik və dinclik insanların ən böyük həsrətlərindən biri halına gəlmişdir. Kimi Afrika ölkələrində heç cür sona çatmayan vətəndaş müharibələri, başda Cənubi Amerika olmaq üzərə bəzi ölkələrdə yaşanan qiyamlar, Cənub Asiyada yaşanan qarşıdurma və döyüşlər, Orta şərqdə yaşanan gərginliklər bu qarışıqlığın yalnız bilinən nümunələridir.