Şeytana tapınan dəccal sistemi masonluq daima Allah tərəfdarları qarşısında məğlub olacaqdır. Hal-hazırda şeytana tapınan masonik təşkilat dünyada güclü kimi görünür. Lakin bu aldadıcıdır. Şeytanın böyük dövlətləri olması, milli siyasətlərinin olması, təhqiqat təşkilatlarının olması heç bir şey ifadə etmir. Bu çürük sistem Allahın istəyilə bircə həftədə, bircə gündə, hətta bircə anda məhv olacaq sistemdir. Şeytanın sistemi nə qədər güclü görünsə də, Allahın istəyilə mütləq yerlə yeksan olacaq şəkildə yaradılmışdır.
Peyğəmbərimiz (səv) 1400 il əvvəl axırzamanda, yəni yaşadığımız bu dövrdə baş verəcək hadisələri çox ətraflı şəkildə bildirmiş və bu dövrü hərtərəfli tərif etmişdir. Axırzamanda insanların Quran əxlaqından uzaqlaşacağı bir dövr olacağını, dünya səviyyəsində böyük tənəzzül, fitnə, müharibə, qarışıqlıq və degenerasiya baş verəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (sav) hədislərinə bildirildiyi kimi, Allah bu dövrdə Hz. İsa (a.s.) və Rəbbimizin Hadi (hidayət verən) sifətini daşıyan Hz. Mehdini (a.s.) göndərəcəkdir.
1 2 3 4 5 --