Axırzaman nə deməkdir ?

Axır zaman anlayışı bəzi insanlar üçün tanış bir anlayış olmaya bilər. Bu səbəbdən əvvəlcə bu anlayışı qısaca açıqlamaqda fayda var.  Axır zaman, "son dövr" mənasını verir və İslama görə qiyamətə yaxın bir zamanda yaşanacaq bir dövrüdür.

Qurandakı işarələri və Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki ətraflı açıqlamaları bir yerə gətirildikdə əhəmiyyətli bir nəticəyə gəlitikr. Ayət və hədislər axır zamanın iki mərhələli olduğunu göstərməkdədir. Birinci dövrə dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövr; bunun ardından gələcək ikinci dövrə isə "Qızıl dövr" olaraq adlandırılan, Quran əxlaqının və hər sahədə üstün bir rifahın yaşanacağı bir dövrdür.

Dünyanın, Qızıl dövrün sona çatmasıyla birlikdə çox sürətli bir ictimai çöküş içinə girməsiylə də qiyamət saatının gəlişi gözlənilir.Bu saytda, Axır zaman əlamətlərini ayət və hədislər istiqamətində araşdırdığımız bəzi kitablarımızdan seçmələr edilmişdir. Açıqca görülür ki, bəhs etdiyimiz işarələr bir-birinin ardınca, birə-bir təsvir edildiyi şəkildə, içində yaşadığımız dövrdə ortaya çıxmağa başlamışdır. On dörd əsr bundan əvvəl bildirilən əlamətlərin çıxışı, inananların Allaha olan iman və bağlılıqlarını artıran son dərəcə böyük hadisələrdir. Bu qədər işarənin bir yerdə və çox qısa bir zaman içində ard arda reallaşmış olması əlbəttə təsadüf deyil. Bu işarələr Allahın inanan qullarına bir müjdəsidir. İrəliləyən hissələrdəki işimiz də Rəbbimizin  

"De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız..." (Nəml Surəsi, 93) vədi istiqamətində hazırlanmışdır. Xüsusilə ifadə etmək istədiyimiz əhəmiyyətli bir xüsus da budur ki, hər şeyin ən doğrusunu Allah bilər. Hər mövzuda olduğu kimi axır zaman haqqında da Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur.