Quranda Axırzaman və Hz. Mehdiyə işarə edən ayələr.

 

Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə  mərhəmət göstərək, onları öndə gedənlər və  varislər edək. (Qasas surəsi 5)

 

Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibətə və bəlaya  saldıq ki, bəlkə, yalvarıb-yaxarsınlar! (Əraf surəsi 94)

 

Səndən əvvəl də ümmətləri  müsibət və fəlakətə düçar etdik ki, yalvarsınlar.               (Ənam surəsi 42)

 

Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən  çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi 75)

 

İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar. (Rum surəsi 41)

 

Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi 112)

 

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.(Bəqərə surəsi 214)

 

Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi 59)

 

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. (Taha surəsi 124)

 

Əgər o ölkələrin əhalisi iman gətirib qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət  açardıq. Lakin onlar yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq. (Əraf surəsi 96)

 

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləz­­zətinə uydular və günahkar oldular. (Hud surəsi 116)

 

O, iş başına keçən kimi (üzünü çevirib gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi 205)

 

Həqiqətən, sən göndərilmiş elçilərdənsən, doğru yoldasan. (Yasin surəsi 3-4)

 

Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər. Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir. O səhifələrdə doğru-dürüst hökmlər vardır. (Bəyyinə surəsi 1-3)

 

İçərilərindən bir adama: “İnsanları qorxut, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” – deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi? kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” dedilər. (Yunus surəsi 2)

 

Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz! (Yunus surəsi 47)

 

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi 33)

 

Onu bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər!  (Fəth surəsi 28)

 

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə,  Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, biləndir! (Maidə surəsi 54)

 

İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran 104)

 

Səbr etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. (Səcdə surəsi 24)

 

Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. (Taha surəsi 123)

 

Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. (Zumər surəsi 33)

 

Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər son qoysalar, Allah onların etdiklərini görür. (Ənfal surəsi 39)

 

İnkar edənlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali-İmran surəsi 12)

 

O günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi. (Ənfal surəsi 8)

 

“Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi 81)

 

Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. (Tövbə surəsi 32)

 

Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Saff surəsi 8)

 

Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Bəqərə surəsi 148)