Bağdadın alovlarla yox edilməsi.

Axır zamanda Bağdad alovlarla yox edilər... (Risalətül-xürucul-Mehdi, cild 3, səh. 177)

 

2003-ci il İraq müharibəsində müharibənin ilk günündən etibarən Bağdad ən çox bombardman edilən şəhərlərdən biri olmuşdur. Ağır bombardman gecə vaxtları Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi, alovlanıb yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görüntüləri yuxarıdakı hədisdə diqqət çəkilən hadisə ilə tam eynilik təşkil edir. Bu da axır zamanda olduğumuzu göstərən açıq əlamətlərdən biridir.
İraqın üç yerə bölünməsi
İraq xalqı üç firqəyə ayrılar. Bir qismi soyğunçulara qatılar. Bir qismi ailələrini tərk edib qaçar. Bir qismi döyüşər və öldürülər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlaşın. (Fəraidu-fəvaidil-fikr fil imam əl-Mehdi əl-müntəzər)
Axırzaman əlamətlərindən biri də İraq xalqının üç yerə ayrılmasıdır. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu "soyğunçulara" qatılacaq. İraqda müharibədən sonra çoxlu soyğunlar edilmiş, xalqın bir qismi oğurluq, talan kimi "soyğunçuluq" olaraq adlandırılan işlərlə məşğul olanlara qoşulmuşdur.
Hədisdə xalqın bir hissəsinin olduqları yerdən təcili qaçmağa başlayacaqları, hətta ailələrini belə düşünə bilməyəcək halda olacaqları xəbər verilmişdir. Qəzetlərdə bu barədə yer alan xəbərlər diqqəti çox cəlb edir.
Xalqın bir hissəsinin müharibəyə qatılacağı və öldürüləcəyi bildirilir. İraq müharibəsi əsnasında da bir çoxları müxtəlif bölgələrdəki qarşıdurmalara qatılmış və həyatını itirmişdir.
Bundan əlavə, hədisin ilk hissəsində diqqət çəkilən "İraqın üç yerə ayrılması" mövzusu fiziki mənada da reallaşmışdır. Körfəz müharibəsindən sonra İraq coğrafi olaraq üç hissəyə ayrılmışdır. 32-ci və 36-cı paralellərin arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı olaraq təyin olunan bu üç bölgənin yaradılması hədisin işarə etdiyi hadisələrdən biri ola bilər. (Ən doğrusunu Allah bilir)
Zühur vaxtı və əlamətləri Peyğəmbərimizin (s.ə.v) hədislərindən açıq şəkildə məlum olan hz. Mehdi İslam dünyasını birləşdirəcək, Quran əxlaqının dünyaya hakim olmasına səbəb olacaq.