Bəzi müsəlmanlrın vəziyyəti.

Bəli, nəfsim əlində olan Allaha and içərəm ki, siz, o fitnə zamanında yüksəlib bir-birinin boyunlarını buran ilanların halına düşəcəksiz.
(Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 368, nömrə. 672)

 

Peyğəmbərimiz (s.ə.v) yuxarıdakı hədisində bir bəzi müsəlmanların öz aralarındakı ayrılığa diqqət çəkmişdir. Axırzamanda məqam, mövqe, güc əldə edib sonra birlik olmaq əvəzinə bir-birlərinə qarşı düşmən kimi rəftarlar göstəriləcəyinə işarə edilmişdir. Peyğəmbərimiz (s.ə.v) bir başqa hədislərində də bəzi müsəlmanlar arasında yaşanacaq həsəd və düşmənlik kimi təhlükələrə diqqət çəkmişdir:

 

Fitnə burdan, şeytanın iki buynuzunun doğulacağı yerdən gələcəkdir. Halbuki sizlər bir-birinizin boyunlarını vurursunuz...
(Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 369, nömrə. 675)

 

 

... bir-birinizlə eqoizm yarışına düşərsiniz, bir-birinizə həsəd edərsiniz, bir-birinizə arxa çevirib ayrılarsınız və bir-birinizə düşmən olarsınız. (Səhih-i Müslim, 4/2274)

 

Ümmətim üzərinə ela bir zaman gələr ki, fukaha bir-birlərini çəkə bilməz. Təkələrin bir-birlərini qısqandığı kimi, bir-birlərini qısqanarlar. (Hatib; Gələcəyin Tarixi 1, s. 28)