Bədiüzzaman, Hz. İnsanın Dəccalı yox edəcəyini bildirmişdir.

...HƏZRƏTİ İSA ƏLEYHİSSALAM İSƏVİLİK ŞƏXSİ-MƏNƏVİSİNİN TƏMSİLCİSİ KİMİ DİNSİZLİYİN ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edər... (Məktubat, 6)

QEYD: Bədiüzzaman bu sözündə, "Hz. İsanın xristianlığın şəxsi-mənəvisini təmsil edəcəyini" deyir. Bədiüzzaman bu günə qədər göndərilmiş bütün elçilər və peyğəmbərlər kimi Hz. İsanın da onu dəstəkləyən, ona inanan və onun yolu ilə gedən şəxslərdən ibarət bir şəxsi-mənəvisi, yəni, mənəvi şəxsiyyətinin olacağını bildirir. Ancaq Bədiüzzaman "İsəvilik şəxsi-mənəvisini təmsil edərək" sözləri ilə Allahın adətullahına (Allahın qanununa) uyğun olaraq, "Hz. İsanın bu şəxsi-mənəvinin başçısı kimi şəxsən bir hidayət öndəri olacağını" ifadə edir. Belə ki, bir şəxsi-mənəvinin başqa şəxsi-mənəvini təmsil etməyi qeyri-mümkündür. Bir şəxsi-mənəvinin ola bilməyi üçün onun başında əvvəlcə "bir şəxs" olmalıdır. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq, Hz. İsanın bir şəxsi-mənəvi olmadığını, öz şəxsi-mənəvisinin başında olacağını və onlara şəxsən öndərlik edəcəyini açıqlamışdır.

Bədiüzzaman Hz. İsanın Hz. Mehdiyə tabe olacağını və onunla birlikdə İslam əxlaqını dünyaya hakim edəcəyini bildirmişdir

Hətta "HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLƏR HƏZRƏTİ MEHDİYƏ NAMAZDA İQTİDA EDƏR (tabe olar)" şəklində rəvayəti də BU İTTİFAQA (birləşməyə) və HƏQİQƏTİ-QURANİYYƏNİN MƏTBUİYYƏTİNƏ VƏ HAKİMİYYƏTİNƏ (Quran həqiqətlərinə tabe olunmasına) İŞARƏ EDİR. (Şüalar, 493)