Hz Mehdi (ə.s)-ın bədəni və səsi çox güclüdür.

Hz. Rza (ə.s) Rayyan b. Saltının, Sahib-ul Əmr sənsənmi?  Sualına belə cavab verdi: Bəli mən də Sahib-ul Əmrəm (əmr sahibiyəm), Amma yer üzünü ədalətlə dolduracaq olan Sahib-ul Əmr mən deyiləm. Vəd edilmiş Qaim (Hz. Mehdi (ə.s)) irəli yaşlarda, amma gənc bir surətdə zühur edəcək. O qədər güclüdür ki; DÜNYANIN ƏN BÖYÜK ağacına da əl uzatsa onu kökündən söküb atar, dağlar arasında fəryad etsə,  sərt qayalar un kimi olar. Musanın əsası və Süleymanın üzüyü ondadır. ... Allah istədiyi zamana qədər onu gözdən uzaq saxlayar.  Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar. (Bihar-ul Envar, c. 52, s. 32; İsbat-ul Hüdat, c. 6, s. 19)

 

Rəvayətdə Hz. Mehdi (ə.s)-ın bədənlə, bir ağacı yerindən sökəcək  qədər, səsiylə də qayaları un  kimi kiçik hala gətirəcək qədər güclü olduğu ifadə edilmişdir.  Burada Hz. Mehdi (ə.s)-ın  həqiqətən də bir ağacı yerindən sökəcək  ya da yalnız danışaraq dağları, qayaları parçalayacaq şəkildə fövqəlbəşər və metafizik bir gücə sahib olacağının bildirilmədiyi  açıqdır.

 

Bu tərz bir izaha  xalq arasında da tez-tez rast gəlinir. İnsanlar cüssəli, güclü birini  tərif edərkən ümumiyyətlə, "aslan kimi adam", "daşın suyunu çıxarar" kimi ifadələr istifadə edirlər. Ancaq bunlar yalnız işarə mənasıyla istifadə edilir, yoxsa heç bir zaman üçün nəzərdə tutulan o adamın dirək olaraq "bir aslana bənzəməsi" ya da "daşı qırıb su çıxarması" mənasında deyil. Təşbehli olaraq adamın gücünü və sağlam olduğunu vurğulamaq üçün edilən bir təşbeh yəni bənzətmeli bir nümunədir.

 

Peyğəmbərimiz (s.ə.v)- dən və Əhli Beytdən bildirilən,  Hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərini müxtəlif nümunə, bənzətmə və müqayisə ilə izah edən çox sayda Etibarlı hədis və riyavet vardır. Bu rəvayət də, bunun nümunələrindən biridir. Allah Quranda da elçilərini "cüssəli, heybətli  və ilimlə  gücləndirdiyini" bildirmişdir:

 

... Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”.  (Bəqərə Surəsi, 247)

 

Hz. Mehdi (ə.s)-da  da  Allahın bu təcəllisi görüləcək  və Hz. Mehdi (ə.s) digərlərinə nisbətdə  həm bədən tərəfindən həm də səsiylə çox güclü olacaq. Ancaq, rəvayətdəki  "səsiylə dağları, qayaları yerindən oynadacağı" bənzətməsi, eyni zamanda Hz. Mehdi (ə.s)-ın sözlərinin və danışmalarının çox hikmətli olacağını; dünyanın hər yerində hər kəs üzərində çox güclü bir təsir meydana gətirəcəyini göstərir.