Bədiüzzaman Said Nursi müsəlmanları Hz. İsanın gəlişi ilə müjdələmişdir.

Bədiüzzaman əsərlərində axır zaman və Hz. İsanın dünyaya ikinci dəfə gəlişi mövzusuna çox geniş yer vermişdir.  

Səid Nursinin yüzlərlə səhifəlik bu izahlarından bəzilərini belə sıralaya bilərik:

Bədiüzzaman Hz. İsanın Allahın Dərgahında əvvəlki bədəni ilə birlikdə olduğunu və elə əvvəlki bədəni ilə də dünyaya qayıdacağını bildirmişdir.

Hakimi-Zülcəlal (hər şeyə qadir olan Uca Allah) HƏZRƏTİ İSA ƏLEYHİSSALAMI İSANIN DİNİNƏ AİD ƏN VACİB HÜSNÜ-HATİMƏ (gözəl nəticə) ÜÇÜN, nəyin ki, SƏMAYİ-DÜNYADA (göylər aləmində) CƏSƏDİ İLƏ (bədəni ilə) BİRLİKLDƏ OLAN VƏ YAŞAYAN HZ. İSA BƏLKƏ ALƏMİ-AXİRƏTİN (axirət aləminin) ƏN UZAQ NÖQTƏSİNƏ DƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ DƏ BELƏ BİR NƏTİCƏYİ-AZİMƏ (bu böyük nəticə) ÜÇÜN ONA YENİDƏN CƏSƏD VERİB DÜNYAYA GÖNDƏRMƏK O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL... bəlkə də Onun hikməti belə iqtiza etdiyi üçün (lazım olduğu üçün) VƏD VERMİŞDİR VƏ VƏD VERDİYİ ÜÇÜN DƏ GÖNDƏRƏCƏK. (Məktubat, 56-57)