Peyğəmbərimizin (s.ə.v) Hz. Mehdinin fiziki xüsusoyyətlərini izah etməsi Hz. Mehdinin ruhani bir varlıq olmadığını göstərir.

 

Peyğəmbər Əfəndimiz (s.ə.v.) yüzlərlə hədisdə Hz. Mehdinin (ə) xarici görünüşü haqqında xəbər vermişdir. Hətta bu mövzuda ən kiçik detalı belə  xəbər vermişdir. Əgər Hz. Mehdi (ə) ruhani varlıq kimi gələcək olsaydı Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə) saç rəngini, boyunu, əndamını, gözlərini, saqqalını, dişlərini, üzünü, kürəyindəki xalı, üzündəki izi hətta qaşlarının arasındakı xətti xəbər verərək bütün fiziki xüsusiyyətlərini izah etməzdi.
Ruh şəklində olan varlığın gözü, qaşı, saqqalı, boyu olmaz. Çiyinlərinin, qarnının və bütün bədəninin geniş olacağı, açıq və geniş alınlı olacağı, saçlarının qara və gur olacağı, gözlərinin qıyıq olacağı, saqqalının gur və sıx, yanlarda az, aşağı tərəfində uzun olacağı, kürəyində peyğəmbərlik möhürünün olacağı, bundan başqa kürəyində mərsinyarpağına oxşayan bir xalın olacağı, burnunun incə və kiçik olacağı, burnunun orta hissəsində çıxıntı olacağı, qaşlarının qövslü olacağı, iki qaşı arasında kiçik bir çuxur olacağı, alınında batıqlıq və xal olacağı, dərisinin çox gözəl və parlaq olacağı bildirilməz.
Peyğəmbərimizin (s.ə.v.) Hz. Mehdini (ə) bu qədər təfərrüatlı şəkildə təsvir etməsi möminlər üçün çox böyük bir nemət və gözəllikdir. Peyğəmbərimizin (s.ə.v.) bu təsvirləri vəsiləsiylə Hz. Mehdi (ə) ortaya çıxdığı zaman dərhal onu tanıyacaqlar.
Bir ayədə Kitab Əhlinin Peyğəmbər Əfəndimizi (s.ə.v.) "oğullarını tanıdıqları kimi" tanıyacaqları bildirilir:
Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. (Bəqərə Surəsi, 146)

 

Bu ayə eyni zamanda Hz. Mehdinin (ə) tanınmasına da işarə edir. Hz. Mehdi (ə) də ortaya çıxdığı zaman Peyğəmbərimizin (s.ə.v.) təsvirləri ilə insanlar onu öz oğullarını tanıdıqları kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq, bəzi insanlar bu mübarək şəxsi tanımamazlıqdan gələcək və inkar edəcək.