Bir ordunun itməsi.

Mehdinin beş əlaməti vardır. Bunlar Süfyani, Yəməni, səmadan bir sayha (səslənmə, nərə), Beydədə bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Naim Bin Hammad)

                       

...Özünə bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında ikən yerə batırılacaqlar. (Müslimdən; Gələcəyin Tarixi 4, s. 31)

                       

Bir ordu döyüş üçün gələr, səhraya daxil olarkən öndəkilər və sonundakıları batar, ortadakılar da xilas olmaz. (Hənbəl, Tirmizi, İbni Macə, Əbu Davuddan; Gələcəyin Tarixi 4, s. 30)

 

2003-cü ildə reallaşan İraq Müharibəsi əsnasında İraq ordusunun böyük bir qisminin haradasa birdən birə ortadan itməsi müharibənin diqqət çəkən hadisələrindən biri idi. Bir çox qəzet və televiziyada, Respublika Gözətçiləri olaraq tanınan təxminən 60.000 nəfərlik ordunun və Fədailər olaraq tanınan təxminən 15.000 İraqlı əsgərin itməsi xəbər olaraq yer aldı. Yuxarıdakı hədislərdə bu mövzuya diqqət çəkilməsi, Mehdinin gəliş əlamətlərindən biri olan "bir ordunun batması" hadisəsinin reallaşmış ola biləcəyini göstərməkdədir. ( doğrusunu Allah bilir) Necə ki, bir neçə gündən sonra döyüş təyyarələrinin bir qisminin səhrada quma batmış halda tapılması, hədisdə bəhs edilən səhrada  bir ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını gücləndirməkdədir.