Yalançı şahidlik və böhtanın artması.

Həqiqi şahidliyin gizlənməsi, yalançı şahidliyin və böhtanın isə yayılması əhəmiyyətli qiyamət əlamətlərindən biridir. Əslində bu hal, insanların din əxlaqından uzaqlaşmalarının neticəsidir. Din əxlaqı insanların hansı şəraitdə  olursa olsun dürüst olmalarını, öz əleyhlərinə olsa da belə, ədalətli davranmalarını tələb edir. Din əxlaqından uzaq olan, axirətdə sorğuya çəkiləcəyini düşünməyən  insanlar isə, maddi maraq xatirinə asanlıqla  yalan söyləyə bilər, bir başqası haqqında yalançı şahidlikdə edə bilərlər. Belə şəxslərin sayının artması isə, Hz. İsanın gəlişindən əvvəlki dövrü xarakterizə edir:

 

 

Qiyamətdən  əvvəl. yalançı şahidlik yayılar, haqqa şahidlik isə gizlənər. (Ramıq-Əl Ehadis, 1/121)

 

 

Böhtanın yayılması qiyamət əlamətlərindəndir. (Ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 450)