Böyük və heyrətləndirici hadislələrin olması.

Onun (Hz. Mehdi) zamanında nə qədər heyrət verən hallar zühur edəcək. (Məktubatı Rəbbani, 2/258)

Onun (Hz. Mehdi) çıxış əlamətləri Rəsulullah Əfəndimizin irhasatına* oxşayar. (Məktubatı Rəbbani, 2/258)

*İrhasat: Hz. Məhəmməd (s.ə.s.)in peyğəmbərliyindən əvvəl meydana gələn fövqəladə hallardır ki, bunlar peyğəmbərliyinə dəlil təşkil edən hadisələrdəndir.

Hz. Məhəmməd (s.ə.s.)in doğumundan əvvəl böyük və fövqəladə hadisələr meydana gəlmişdi. Doğulduğu gecə yeni bir ulduz doğulmuş, alova ibadət edən İran padişahlarının sarayının 14 bürcü yıxılmış, İranda 1000 ildir yanmaqda olan Atəşpərəst alovu sönmüş, Səmavi vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu...

Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, Hz. Mehdinin ortaya çıxışı da, Peyğəmbər Əfəndimiz (s.ə.s.)kinə bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq. Son 100 ildir dünyada meydana gələn böyük hadisələrin bəziləri belədir:

- Kəbə basıldı və çox sayda Müsəlmanın qanı axıldı.

- 2500 illik İran şahlığı yıxıldı və İran Şahı Rıza Pəhləvi öldü.

- Hindistanın Bombay şəhərində bir fabrikdən sızan qaz 20.000 admın ölümünə gətirib çıxardı.

- İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir döyüş başladı.

- Ruslar, Əfqanıstanı işğal etdi.

- Mexiko City şiddətli bir zəlzələylə yerlə bir oldu.

- Şimali Kolumbiyadakı Nevado Deş Ruiz yanardağı 400 ildir ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçıq üzündən Armero şəhəri xəritədən silindi və 20.000 adam öldü.

- Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.

- Xristianlığın mərkəzi Romanı sular basdı.

- 1986-da Çində tarixinin ən böyük meşə yanğını oldu.

- Hindistan başçısı Gandi, Misir dövlət başçısı Ənvər Sədat, İsveç Baş Naziri Olof Palme öldürüldü.

- Papa 2-ci Jean Paul vuruldu.

- 1980 ili başlarında ilk AİDS hadisələri təsbit edildi. Bu ana qaədər on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə “Əsrin Vəbası” adı verildi.

- 1986-da Challenger kosmosa çıxışından sonra partlayış etdi.

- 26 Aprel 1986-da Ukraniyadakı Çernobil Nüvə Stansiyasında indiyə qədər görülən ən böyük nüvə qəzası meydana gəldi. Bir çox avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.

- Ozon təbəqəsinin deşilməsi Dünya iqlimində çox mənfi təsirlər meydan gətirdi.

- Sovetlər Birliyi yıxıldı və Qorboçovla birlikdə müstəqil dövlətlər ortaya çıxdı.

- İraqın Küveyti işğal etməsindən sonra illərcə davam edəcək olan Körfəz Döyüşü başladı.

- Ermənistandakı zəlzələdə şəhər xarabya çevrildi. 500.000 adam evini tərk edərkən, ölü sayı 40.000-i aşdı.

- 1989-cu ildə Çində kommunistlər tanklarla şagirdlərin üzərinə getdi, Tiananmen meydanında 2.000 şagird öldü.

- Soyuq döyüşün simvolu olan Berlin divarı inşasından tam 28 il sonra yıxıldı.

- 1990-cı ildə Kəbədəki tuneldəki izdihamda 1400-dən çox hacı həyatını itirdi.

- 1991-ci ildə Banqladeşdə meydana gələn sellərin sonrasında təxminən 139.000 adam öldü, on milyonlarla adam evsiz qaldı.

- Son 20 ildir Amerikada fırtınalar, qasırğalar və sellər dayanmaq bilmədi. Minlərlə insan öldü, milyonlarlası evini tərk etdi və zərər hər səfərində milyard dollarla ölçüldü.

- Bosniya və Kosovadakı qırğınlarla yüz minlərlə Müsəlman öldürüldü və yüz minlərləsi yurdlarından çıxarıldı.

- Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.

- Əl Nino bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.

- 19 Oktyabr 1987-də London Birjası çökdü.. Yaşanan böyük çaxnaşma nəticəsində 50 milyard sterlinq dəyərini itirdi.

- 19 Aprel 1995-də ABŞ-ın Oklahoma şəhərindəki Federal Binaya edilən bombalı hücumda 168 adam öldü.

- 22 Mart 1997-də Hale-Bopp kometası, saatda 160 km sürətlə Dünyanın 195 milyon km. Yaxınından keçdi. Gözlə izlənilə bilən Hale-Boppun keçişi, bütün düyada milyonlarla adam tərəfindən böyük bir maraqla izlənildi.

- 10 May 1997-də İranda reallaşan 7.1 şiddətindəki zəlzələdə 1500 adam öldü.

- 4 Fevral 1998-də Əfqanıstandakı 6.1 şiddətindəki zəlzələdə 5000 adam həyatını itirdi.

- 25 Yanvar 1999-da Kolombiyadakı 6 şiddətindəki zəlzələdə 5000 adam həyatını itirdi.

- 21 Sentyabr 1999-da Tayvandakı 7.6 şiddətindəki zəlzələdə 2100-dən çox adam həyatını itirdi.

- 11 Sentyabr 2001-də ABŞ-a, tarixin ən böyük terorist hücumu təşkil edildi: İki yolçu təyyarəsi, səhər işinin başladığı saatlarda 18 dəqiqə arayla New Yorkdakı Dünya Ticarət Mərkəzinin olduğu iki göydələni vurdu. Ardından bir başqa təyyarə Pentaqona düşdü. Hücumda 5000-dən çox insan öldü.

- Hindistanda böyüklüyü 7.9 olan bir zəlzələ meydana gəldi və minlərlə adam həyatını itirdi.

- 2003-də Fransa, İtaliya kimi bir çox Avropa ölkəsini təsiri altına alan isti hava dalğası, 5000 adamın ölümünə səbəb oldu.

- 60.000 ildə bi reallaşan bir hadisə meydana gəldi və Mars planeti Dünyaya ən yaxın mövqeyə gəldi.

- 2003-də SARSİT adlı ölümcül virus yayıldı.

- Noyabr 2003-də dünyanın ən quraq bölgələrindən olan Məkkədə meydana gələn sel fəlakətində 12 adam həyatını itirdi.

- 27 Dekabr 2003-dəki İran zəlzələsində 86.000 adam həyatını itirdi və Bam şəhərinin az qala hamısı dağıldı.

- İlk dəfə 2003-cü ildə Asiyada qanadlı heyvanlarda görülən quş qripi səbəbiylə, dünya daxilində cəmi 208 adam həyatını itirdi.

- Hind Okenında 26 Dekabr 2004-dəki 9.1-9.3 şiddətindəki zəlzələ və ardından meydana gələn 30 metrlik tsunami dalğaları, başda İndenoziya olmaq üzrə, 11 ölkədə təxminən 300.000 adamın ölümü, on minlərcə adamın itməsi və 1 milyondan çox adamın evsiz qalmasıyla nəticələndi. İndiyə qədər ölçülən ən yüksək ikinci böyük şiddətdəki bu zəlzələ, “tarixin ən böyük fəlakəti” olaraq xatırlanmaqdadır.

- 23 Avqust 2005-dəki Katrina qasırğası, tarixin ən ölümcül qasırğalarından biri olaraq, təxminən 2000 adamın ölümünə və gəlmiş keçmiş ən yüksək xərcdə -təxminən 100 milyard dollarlıq- təxribata səbəb oldu. Başda New Orleans olmaq üzrə bir çox məskunlaşma bölgəsinin boşaldılması ilə nəticələndi.

- 8 Oktyabr 2005-dəki Kəşmir zəlzələsində 75000 adam həyatını itirərkən, 100 mindən çox adam da yaralandı.