Axırzaman nə deməkdir ?

Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "Mehdi Mədinədən (böyük şəhərdən) çıxacaq və Məkkəyə gələcək. İnsanlar onu öz aralarından (tanıyıb) ortaya çıxaracaqlar və o, istəmədiyi halda Rükn ilə Mövqe arasında ona beyət edəcəklər."
(Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)
Üstəlik, Risaletül huruc ül Mehdi 1, adlı əsərin 69-cu səhifəsində Hz. Mehdinin (ə.s.) "Kara" kəndindən çıxacağı" ifadə edilmişdir.
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə “mədinə” sözü gizli olaraq istifadə edilmişdir. Yəni Peyğəmbərimiz (s.ə.v.) "mədinə" sözünü fərqli mənalarda istifadə etmişdir. İslam aləmində isə çox böyük şəhər, yəni mədinə vardır. Bu nöqteyi nəzərdən hədislərdə bəhs edilən mədinə sözünün hansı məna daşıdığını ancaq mövzu ilə əlaqədar digər rəvayətləri araşdıraraq anlamaq mümkündür.
Məsələn, yuxarıda yazılan hədisdə Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə.s.) mədinədən çıxacağını bildirib. Başqa bir hədisdə isə Hz. Mehdinin (ə.s.) Kara kəndindən çıxacağını ifadə edib. İmam Kurtubinin Tezkiresində isə Hz. Mehdinin (ə.s.) İslam ölkələrinin qərb tərəfindən çıxacağı söylənilib. Bu ifadə Hz. Mehdinin (ə.s.) doğulduğu böyük şəhərin İslam ölkələrinin qərb tərəfində mövcud olan böyük bir şəhər olduğunu göstərir.
Başqa bir hədisdə isə Peyğəmbərimiz (s.ə.v.) qarşısındakı adama Hz. Mehdinin (ə.s.) mədinəni, yəni böyük bir şəhəri mənən fəth edəcəyini söyləyir. Rəvayətdə Peyğəmbərimizin (s.ə.v) qarşısındakı adam Hz. Mehdinin (ə.s.) hansı mədinəni, yəni hansı şəhəri mənən fəth edəcəyi mövzusunda şübhəyə düşmüşdür. Bu səbəblə Peyğəmbərimizdən (s.ə.v) bu mədinənin (böyük şəhərin) hansı şəhər olduğunu soruşmuşdur.
Peyğəmbərimiz (s.ə.v.) də cavab olaraq bu mədinənin (yəni şəhərin) İstanbul olduğunu söyləmişdir.
Hz. İbni Amrdan (r.ə.) rəvayət edilmişdir:
Peyğəmbərimiz (səv) buyurdu ki: Ey Ümmət! Altı şey vardır ki; onlar olmadan qiyamət qopmaz. Altıncısı mədinənin fəthi.
-Deyildi ki: Hansı mədinə? (Hansı şəhər?)
-Buyurdu ki: Konstantinopol.
Demək ki, bu hədisdə "mədinə" sözü Peyğəmbərimiz (s.ə.v.) tərəfindən böyük bir şəhər olan İstanbulu ifadə etmək məqsədi ilə böyük şəhər mənasında istifadə edilmişdir.
Yenə başqa hədisi şəriflərdə Hz. Mehdinin (ə.s.), içində Peyğəmbərimizin (s.ə.v) bayrağının da olduğu müqəddəs əmanətlərin olduğu yerdən çıxacağı bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v) bayrağı və digər əmanətləri bu an İstanbul Topkapı Sarayında mühafizə edilir.
Abdullah b. Şurefedən rəvayət edildi: Mehdinin yanında bəzəkli halda Peyğəmbərimizin (s.ə.v) bayrağı olacaq.  (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiy-il Axır Zaman, s. 65).Peyğəmbərimizin (s.ə.v)  bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlı olub, tikişsizdir və rəngi qaradır. Onda bir hicr (hala) olar. O Rəsulullahın (s.ə.v) vəfatından bəri açılmayıb, Mehdi çıxınca açılacaq.  (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiy-il Axır Zaman, s. 23) .Əlamətlərə gəlincə isə yanında Allah Rəsulunun (s.ə.v) köynəyi, qılıncı, bayrağı olacaq. O bayraq  Peyğəmbərin (s.ə.v) vəfatından bu günə qədər heç açılmamışdır. Mehdinin zühuruna qədər də açılmayacaq.   (Qiyamət Əlamətləri, s. 164).
Yuxarıdakı hədislərdən Peyğəmbərimizin (s.ə.v) müqəddəs əmanətlərinin Hz. Mehdinin (ə.s.) çıxacağı yerdə olduğu və ancaq onun zühuru ilə açılacağı aydın olur. Müqəddəs əmanətlər İstanbulda olduğuna görə Hz. Mehdinin (ə.s.) də İstanbulda olacağı çox aydındır.
Ancaq digər tərəfdən Hz. Mehdinin (ə.s.) doğulduğu və İslam aləminin qərbində qalan şəhər ilə fəth edəcəyi şəhərin ayrı mədinələr, yəni ayrı şəhərlər olduğunu da yenə rəvayət edilən hədislərə baxaraq anlamağımız mümkündür.
Məsələn Hz. Mehdinin (ə.s.) fəth edəcəyi mədinənin, yəni İstanbul şəhərinin körpü sisteminin istifadə edildiyi bir şəhər olduğu hədisdəki izahatdan aydın olur. "Konstantinopolun fəthi əsnasında sübh namazı üçün dəstəmaz alarkən bir bayraq basdıracaq. Dəniz ikiyə ayrılaraq su özbaşına uzaqlaşacaq və açılan yolu izləyən Hz. Mehdi qarşı sahilə keçəcək. Sonra bir bayraq da basdıracaq və deyəcək: Ey insanlar, ibrət götürün. Dəniz Bəni-İsrailə necə yol verdisə, bizə də elə yol verdi. Ondan sonra hamısı təkrar-təkrar təkbir gətirəcək və 12 təkbir ilə şəhərin 12 bürcü də görsənəcək."   (əl-Kavl-ül Müxtəsər fi Alametil Mehdiyyül Muntazır, syf. 57)
Üstəlik, hədisdə Hz. Mehdinin (ə.s.) bayrağı bu şəhərdə ucaltması bildirilərək şəhərin Peyğəmbərimizin (s.ə.v) bayrağının tapıldığı İstanbul olduğu aydın olur.
Mustafa Rəşid Filizi, Risaletül hurucül. Mehdi, sf. 69