Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) bu yüzillikdə gələcəklər.

   Hər əsrdən bir din əxlaqını bidətlərdən təmizləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi Süneni-Əbu Davud,Məktubati-Rəbbani kimi böyük əhli-sünnət alimlərinin əsərlərində açıq şəkildə bildirilmişdir:

 

 

Əbu Hüreyrənin rəvayətinə əsasən Rəsulallah(səs) belə buyurmuşdur:
-Həqiqətən,Əziz və Cəlil olan Allah hər yüzilliyin sonunda İslam ümmətinin dinini bidətlərdəndən(dinə sonradan əlavə edilmiş batil qaydalardan) təmizləyə biləcək bir şəxsi(elm sahibi) göndərər(Süneni-Əbu Davud,5/100)

 


Peyğəmbərimizdən(səs) rəvayət edilən hədislərdə axirzamanda zühur edəcəyi müjdələnən Hz.Mehdinin(as) fəaliyyətə başlayacağı il olaraq hicri 1400-cü il göstərilmişdir:
-İnsanlar 1400-cü illərdə Hz.Mehdinin(as) ətrafında toplanacaqlar.(Risalətül Hürucül Mehdi,108ci səhifə)

 


Bu yüzillik ərzində İslam əxlaqı müəyyən gedişatla bütün dünyaya hakim olacaq,din əxlaqına qarşı mübarizə aparan Dəccaliyyət sistemi isə tamamilə ortadan qaldırılacaqdır.Ancaq təxminən 100 ilə yaxın davam edəcək bu yüksəlmədən sonra hicri 1500-cü illərdə  Dünya yenidən məhv olmağa doğru gedəcəkdir.Əhli Sünnətin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd ibn Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz(səs) öz dövrünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək insanlıq tarixinin başlanğıcı haqqında mühüm məlumat vermişdir:

 


- İmam Əhməd ibn Hənbəl nəql etdi.İsmail ibn Əbdülkərim Əbdülsəməddən,O da Vəhbdən rəvayət etdi:
-Dünyanın yaranmasından 5600 il keçmişdir.(Əli ibn Hüsaməddin əl Müttəqi,Kitabil Bürhan Fi Əlametil Mehdiyyil Axirzaman,89-cu səhifə)

 


Bir az daha araşdırsaq görərik ki,digər  bir sıra hədislərdə də dünyanin mövcud olma müddətinin 7000 il olduğuna dair açıq izahatlar var:
-Enes Malikdən nəql olunmuşdur.O dedi ki,Rəsulallah(səs) buyurdu:Dünyanın ömrü axirət günlərindən 7 gün qədərdir.Allahu-Təala buyurdu ki,Rəbbin qatında bir gün sizin bildiyiniz 1000 il kimidir.Kim bir din qardaşının Allah yolunda ehtiyacını qarşılayarsa,Allah Teala onun üçün gündüzlərini orucla,gecələrini də ibadətlə keçirməyə bərabər dünyanın 7000 illik ömrü müddəti qədər savab yazar. (Əli ibn Hüsaməddin əl Müttəqi,Kitabil Bürhan Fi Əlametil Mehdiyyil Axirzaman,88-ci səhifə)

 


Dakqak ibn Zeyd Cühenidən rəvayət etdilər:Mən gördüyüm bir yuxunu Rəsulallaha(səs) danışdım.Bu yuxuda Peyğəmbər(səs) yeddi mərtəbəli bir minbərin ən üst mərtəbəsində idi.O buyurdu ki,yeddi mərtəbəli gördüyün minbər bu dünyanın ömrü olan 7000 ildir.(Əli ibn Hüsaməddin əl Müttəqi,Kitabil Bürhan Fi Əlametil Mehdiyyil Axirzaman,89-cu səhifə)

 



Böyük əhli sünnət  alimi Bərzənci Həzrətləri də dünyanın ömrünün Hicri 1600-ə çatmayacağını,yəni Hicri 1500-cü illərdə Allahın izniylə qiyamətin qopmasının gözlənildiyini bildirmişdir. (doğrusunu Allah bilir)

 


Bu ümmətin ömrü 1000 ili keçəcək,amma 1500 ili keçməyəcəkdir(Qiyamət əlamətləri,Mədinəli Əllamə Muhamed bin Rəsul əl Hüseyni əl Bərzənci,Pamuk yayıncılık,İstanbul,2002,289-cu səhifə)

 


Peyğəmbərimizdən(səs) rəvayət edilən hədisə dayanaraq Suyuti həzrətləri isə bir əsərində belə açıqlama vermişdir:”Mənim ümmətimin ömrü 1500 ili keçməyəcək.”(Suyuti,əl Kəşfuan Mücavezeti Hazihil Ümmeti el-Elfu,el havi lil Fetavi,Suyuti.2/248,tefsiri Ruhul Beyan.Bursevi.(Ərəbcə) 4/262,Əhməd ibn Hənbəl,Kitabul İlel,89-cu səhifə)

 

   Peyğəmbərimizdən(səs) rəvayət edilən hədislərdən və böyük İslam alimlərinin açıqladığı ifadələrdən göründüyü kimi içində olduğumuz Hicri 1400-cü illər Hz.Mehdinin(as) zühur çağıdır.Bu əsrdə Hz.İsa(as) yenidən yer üzünə gələcək,Hz.Mehdi(as) zühur edəcək və İslam əxlaqı dünyaya hakim olacaqdır.