Çalışqan və cəsur olması.

Hz. Mehdi (ə.s) işini  möhkəm tutacaq.
(Qiyamət Əlamətləri, Bərzənci, səh. 175)
İnsanlar haqqa dönənə qədər (fikri) mübarizəsinə davam edəcək.
(Əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, sf. 23)
Hz. Mehdi (ə.s) hesabını çox ardıcıl bir şəkildə görəcək və vədindən dönməyəcək.
(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, sf. 24)
Qarşısına dağlar belə çıxsa onları əzib keçəcək, o dağlarda özünə yol tapacaq.
(Əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, sf. 39)
Allah Quranda bir çox ayədə elçilərinin gözəl əxlaqı və cəsur xarakterlərindən bəhs edir. Elçilər qövmlərinin bütün inkarlarına, lağ etmələrinə, tələlərinə və hücumlarına ən gözəl şəkildə qarşılıq vermiş və hər zaman Allahın yardımı ilə qalib gəlmişlər.
Sənə əmr olunanı  açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! (Hicr Surəsi, 94)
Kafirlərə itaət etmə və onlara qarşı  böyük bir cihad et. (Furqan Surəsi, 52)
Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir. (Ali İmran Surəsi, 172)