Hz. Mehdi (ə.s)-ın çixiş zamanı.

HZ. MEHDİ (əs) HİCRİ 1400-cü ildə, YƏNİ BU ƏSRDƏ ÇIXACAQ

 

Hər əsrdə bir mücəddid gələcəkdir. Hicri 1400-cü ildə gələcək olan isə axır zamanın böyük mücəddidi Hz. Mehdis)dır.

 

Peyğəmbərimiz (səv)dən rəvayət edilən hədislərdə, böyük əhli sünnə alimi Əbu Davud Həzrətlərinin Sünəni Əbu Davud adlı əsərində, İmam Rəbbani Həzrətlərinin Məktubatında yer alan hədislərdə hər əsrdə İslam dinini bidətlərdən təmizləyəcək bir adamın  gələcəyi, bu adam vəsiləsiylə İslam əxlaqı və fəziləti və Peyğəmbərimiz (səv)ın sünnəsinin canlandırılacağı xəbər verilmişdir. 
Peyğəmbərimiz (səv) hədislərində xüsusilə Hicri 1400-cü ili Hz. Mehdi (əs)ın zühur vaxtı olaraq bildirmiş və bu dövrdən etibarən insanların Hz. Mehdi (əs) ətrafında toplanmağa başlayacaqlarını söyləmişdir.

 

Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah (səv) belə buyurmuşdur: Həqiqətən Əziz və Cəlil olan Allah HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünəni Əbu Davud, 5/100)

 

HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ  bu ümmətin üləması arasından BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti (Quran əxlaqı və fəziləti ilə Peyğəmbərimiz (səv)ın sünnəsini) canlandıracaq. (Məktubatı Rəbbani, 1/520)

 

 

Mövlana Xalidi Bağdadi Hicri 1193-cü (Miladi 1779-cu) ildə doğulmuş, Hicri 1242-ci ildə (Miladi 1827) vəfat etmişdir. Bu mübarək insan, İslam alimlərinin böyük əksəriyyətinin ittifaqıyla, Hicri 12 və 13-cü əsrlər arasındakı mücəddiddir.