Həzrəti İsa əvvəllər çox az adam tərəfindən tanınacaq.

Həm xristianlarda, həm də müsəlmanlarda Hz. İsanın ikinci dəfə gəlişi ilə əlaqədar bəzi səhv məlumatlar, əks fəaliyyətlər və təbliğatlar nəticəsində Hz. İsa dünyaya gələndə onu  tanıyan insanların sayı çox az olacaq. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi axır zamanda baş verəcək bu hadisə haqqında belə xəbər vermişdir:

"Həzrəti İsa Əleyhissalam gəldiyi vaxt hamının onun həqiqi İsa olduğunu bilməyi lazım deyil. Onun mukərrəb və havassı (dərin imanlı yaxın tələbələri) nuru-iman (imanın işığı) ilə onu tanıyar. Yoxsa bədahət dərəcəsində (birdən-birə və açıq-aşkar) hər kəs onu tanımayacaq." (Məktubat, s. 60)

Bədiüzzaman bir başqa sözündə isə Hz. İsanın insanların əksəriyyəti tərəfindən tanınmayacağını belə açıqlamışdır:

"Hətta Həzrəti İsa Əleyhissalamın nüzulu (enişi) və İsa Əleyhissalam olduğu nuru-imanın (iman işığının) diqqəti ilə bilinər. Hər kəs bilə bilməz." (Şüalar, s. 487)

Bədiüzzamanın bu sözünə görə Hz. İsa dünyaya yeni gəldiyi vaxtlarda Hz. İsa olduğu bilinməyəcək, çox sonralar bilinəcək. Tələbələri də onu ancaq imanın nuru ilə tanıya biləcəklər. Başqa sözlə desək, hamı onun Hz. İsa olduğunu bilməyəcək.

Hətta əksinə, insanların böyük əksəriyyəti Dəccalın cəmiyyətdə müxtəlif yollarla apardığı təlqin və təbliğat nəticəsində ona düşmən olacaq və onu təsirsiz hala gətirə bilmək üçün mübarizə aparacaqlar.