Əsrin ən batil dəccali sistemi: Darvinizm

Bu gün yer üzündə din əleyhdarı olan ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif batil ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının “əmələ gəlmə və təməli” olan düşüncə isə Darvinizmdir. Darvinizm irəli sürüldüyü tarixdən etibarən materialist və din əleyhinə ideologiya və cərəyanların əsasına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki bir dinə çevrilmişdir. Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Said Nursi Həzrətləri də bu açıqlaması ilə diqqət çəkmişdir:

 

Təbiətçilik (Darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) bir cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq güclənəcək, ilahlık iddia edəcək dərəcəyə çatacaqdır. (Allahı tənzih edirik)

 

Elə Bədiüzzamanın “təbiətçilik (Darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) bir cərəyan” kimi ifadə etdiyi kimi Darvinizm təbiətə mütəqil güc aid edən, bütün canlıların kor təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən (Allahı tənzih edirik), insanları Allaha imandan uzaqlaşdırmağa çalışan bir təlimdir. Peyğəmbər Əfəndimizin (sav) hədislərinin toplandığı və hədislərin açıqlamalarının yer aldığı “Kütubi-Sittə Muxtəsəri Tərcümə və şərhi” adlı kitabda isə bu mövzu belə izah edilmişdir:

 

Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və ən mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxacaq bəzi humanist düşüncə tərzi və dəyərlər dinin yerini almağa çalışacaqdır. Bu yeni din insanın üzərində mövcud lan hər cür İlahi hakimiyyəti aradan qaldırmaq üçün inkarı özünə əsas götürər... Əsas ilahı maddə və insan olan dindənkənar bir dindir.5 (Allahı tənzih edirik)

 

Darvinistlər təkamül nəzəriyyəsini hər dövrdə saxta dəlillərlə elmi göstərmək üçün çalışmışlar. Canlıların cansız maddələrdən əmələ gəldiyini və təkamül keçirərək inkişaf etdiyini, bütün canlı növlərinin bir-birlərindən mərhələlərlə törədiyini iddia edirlər. Ancaq Darvinizm bu iddiasının heç bir mərhələsini sübut edə bilməmiş, buna baxmayaraq elmi göstərilməyə çalışılan batil inanc sistemidir. Darvinizmə görə bu xəyali inkişafın ən böyük xəyali mexanizmi “təsadüflərdir”. Təsadüflər Darvinizmin saxta ilahıdır. Darvinistlərə görə bu saxta ilah imkansız olanı gerçəkləşdirmək gücünə malikdir. Darvinistlərə əsasən bu saxta ilah bir qədər palçıqlı sudan canlı hüceyrə meydana gətirir, balığı pələngə çevirir, ayılardan balinaları meydana gətirib onlarda heç yoxdan ağciyərlər əmələ gətirir. Darvinistlərə görə bu saxta ilah insanı meymundan törəyən canlı hesab edir, insana ağıl, hafizə, qabiliyyət kimi bacarıqlar veriri, yer üzündə heç cür təqlid oluna bilməyən insan şüurunu yoxdan var edir. Belə ki, təsadüflər bütün bunları fantastik şəkildə edərkən necə olursa, nəzarətli, planlı, ağıllı davranır, səhv etmir, hətta lazım gəldikdə dərhal tədbir tökür. Darvinin təkamül nəzəriyyəsinə görə təsadüflər ağıl və nəzarət gücü olan saxta yaradan hökmündədirlər. (Allahı tənzih edirik)

 

Təsadüfləri bütləşdirmiş bu batil nəzəriyyə bu ağl və məntiqdənkənar iddiaları ilə hər cür demoqogiya ilə və saxtakarlıqlarla kütlələrə hakim ola bilmişdir. Elə bunun səbəbi dəccaldır. Peyğəmbərimizin (sav) hədislərində bu yalanın mənbəyinin dəccal olduğu bildirilmişdir. Dəccalı təsvir edən bir çox hədisdə müxtəlif bənzətmələrlə tərif edilən xüsusiyyətlər bir ideologiyanın xüsusiyyətləri kimi dəyərləndirildikdə mövzu daha da aydın olur. Buna görə məntiqsiz və əsassız iddialarla üzə çıxan, insanları inkara sürükləyən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq əmələ gəlməsinə şərait yaradan hər cür ideologiya və düşüncə sistemi dəccalı təmsil edir. Darvinizm hədislərdə tərif edilən bu dəccali sistemə əsaslanan əsas ideologiyadır. Uca Rəbbimiz Allah bir ayəsində dəccalın batil sisteminə uyanları belə tərif edir:

Şübhəsiz ki, günahkarlar haqq yoldan azmışlar və cəhənnəm odu içərisində olacaqlar. (Qəmər surəsi, 47)

 

Darvinizm dünyanı aldatmağa, insanları Allaha imandan uzaqlaşdırmağa əsaslanan ideologiya olduğu üçün dəccalın tərəfdarları üçün nə olarsa olsun, bu batil dinin dirçəldilməsi vacibdir. Elə bu səbəbdən dəccalın himayəsinə girən bəzi şəxslər bu ideologiyanı yaşatmaq üçün indiyə qədər hər üsuldan istifadə etmişlər. Bircə elmi dəlil belə olmamasına baxmayaraq, təkamül nəzəriyyəsini bütün dünyaya sübut etmiş nəzəriyyə kimi təqdim etmişdirlər. Olmayan dəlilləri varmış kimi göstərmişlər, fosilləri öz nəzəriyyələrinə uyğunlaşdırmaq üçün saxtakarlıq etməkdən də çəkinməmişlər. Bircə ara-keçid forma belə olmamasına baxmayaraq, xəyali ara-keçid formalar düzəltmişlər, saxtakarlıq etmiş, bunları məktəb dərsliklərində elmi dəlil kimi tədris etmişlər. Təkamül əleyhinə ortaya çıxan saysız-hesabsız dəlili gözardı etmiş, qəsdən gizlətmiş, görməməzliyə vurmuş, insanlardan uzaq tutmuşlar. Nəzəriyyələrinin lehinə bir dəlil olmadığına görə saxta fosillər hazırlamış, bunları dünyanın ən məşhur muzeylərində illərlə nümayiş etdirmişlər.

 

Saxtakarlıqlarının üstü açıldıqda utanmaq yerinə aldadıcı üsullarına davam etmiş, yeni saxtakarlıqlara əl atmaqdan və bunları müdafiə etməkdən çəkinməmişlər. Təkcə bir proteinin belə təsadüfən əmələ gələ bilməyəcəyi elmi cəhətdən sübut edilməsinə baxmayaraq həyatın əvvəlcə palçıqlı suda başlaması iddiasına israrla davam etmişlər (bir funksional proteinin təsadüfən əmələ gəlmə ehtimalı 10950-dir, yəni sıfırdır). Saxta dəlilləri qəzetlərdə, elmi jurnallarda, televiziyada yayımlamaqdan çəkinməmiş, bunu dərs kimi illərlə tələbələrə öyrətmişlər. Darvinizm saxtakarlıq, uydurma və yalan üzərində qurulmuş inanc sistemidir. Darvinizm elm deyil. Darvinin təkamül nəzəriyyəsi irəli sürüldüyü ilk gündən etibarən qədim bütpərəstlərin vəzifəsini öz üzərinə götürmüş, insanları bütpərəst etməyə çalışmış, Allaha imandan uzaqlaşdırmaq istəmişdir. 150 il boyu insanları aldatmış, 150 il boyu insanları yalana inandırmağa çalışmışdır. Darvinizm ayaqda dura bilmək üçün saxtakarlığa ehtiyacı olan, tərəfdar əldə etmək üçün yalan söyləyən, Darvinizmin yalan olması həqiqətini söyləyənləri susdurmağa çalışan batil bir dindir. Allah bir ayəsində belə buyurur:

De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! (Maidə surəsi, 60)

 

Normal şərtlərdə insanların bu cür səfeh ideologiyanın arxasınca getmələrinin, şübhəsiz ki, məntiqi yoxdur. Lakin insanların bir qismi dəccalın qurduğu tələyə düşmüş, şüursuzca, necə etdiklrəini, necə inandıqlarını anlamadan bu yalana inanmışlar. Çünki dəccal hiyləgər üsuldan istifadə etmişdir. Darvinizm dünyanı aldadarkən bir tərəfdən də dəccalın bu hiyləgər və çirkin vəzifəsini üzərinə götürmüş, saxta və batil üsullarla insanlara yetişmişdir. Lakin şübhəsiz hər batil dində olduğu kimi bu dində də Allaha qarşı qurulan bütün hiyləgər tələlər boşa çıxmışdır. Allah ayələrində bu həqiqəti belə bildirir:

Həqiqətən, hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! (Tariq surəsi, 15-17)