Dəccal necə tanınar ?

Dəccal kəlməsi  bir çox  adam eşidilsə də  nə məna verdiyi  tam  olaraq  bilinməyə bilər.  Çünki  insanların böyük bir  hissəsi bu  mövzuda çox məhdud  məlumata  sahibdir. Halbuki,  Dəccal, Peyğəmbərimiz (s.ə.v)-in qiyamət  gününün  yaxınlaşdığına  işarə olan  hədislərində, haqqında ətraflı məlumat  verilən son dərəcə əhəmiyyətli  bir  anlayışdır.  Bu  yazının məqsədi də  Dəccalı hədislərdə bildirilən  bütün xüsusiyyətlərilə  tərif etmək,  Peyğəmbərimiz (s.ə.v)-in  diqqət çəkdiyi bu  şeytanı gücün yaxından  tanınmasına səbəb olmaqdır.

 

"Dəccal" sözünün mənası nədir?

Ərəb sözü olan Dəccal "yalançı, hiyləgər, zehinlərdə   yaxşı ilə pisi, haqq ilə batili  qarışdıran; bir şeyin həqiqi  üzünü gizləyən ,  hər yeri gəzən pis və  uğursuz adam"   mənalarını  verir.

 

  Hədislərdəki  Dəccal anlayışı nəyi ifadə edir?

Dəccal anlayışı,  Axırzamanda   Hz. İsa(ə.s)  və Hz. Mehdi(ə.s)-a qarşı olub, insanlar arasında  inkarın yayılması  üçün mübarizə aparan,  insanları pisliyə sürüklən ən böyük mənfi gücü ifadə edir. Hədislərdə ümumiyyətlə bir şəxs olaraq təsvir edilir, ancaq bu  bir adam ola biləcəyi kimi, şiddətə və vəhşiliyə istiqamətləndirən, şeytanı xüsusiyyətlərə sahib və  insanları  zülmə uğradan bir ideologiya da ola bilər. İnsanları inkara sürüyən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq çıxmasını  təmin edən hər  cür ideologiya  və düşüncə sistemi, Dəccalı təmsil edir. Dəccalı təmsil edən bu sistem ümumiyyətlə Dəccaliyət olaraq adlandırılır.

 

  Dəccaliyət  necə  ideologiyadır?

Dəccaliyət, din əxlaqına qarşı olaraq  ortaya çıxmış  bütün batil fəlsəfələri və fikirləri  əhatə edən bir ideoloji sistemdir. Dəccal, insanları din əxlaqından uzaqlaşdırmaq üçün bütün bu fəlsəfələri istifadə edəcək.  Bu gün yer üzündəki din əleyhdarı ən böyük fitnələrdən biri, materializm  və materializmdən törəyən müxtəlif ideologiya və axınlardır. Bu axınların  dayaq nöqtəsi olan düşüncə  isə Darvinizmdir.  Darvinizm, ortaya atıldığı  tarixdən etibarən din əleyhdarı ideologiya  və axınların təməl dayaq nöqtəsi  halına gəlmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki bir din halına gətirilmişdir. Dəccalın da ən  çox istifadə edəcəyi  ideologiya olacaq. Darvinizmin, Axırzamanda Dəccalın dini halına gələcəyinə böyük  İslam alimi Bediüzzaman Said Nursi diqqət çəkmişdir: Tabiiyyun (təbiətçilik, Darvinizm), maddiyyun (materializm) fəlsəfəsindən qaynaqlanan  bir cərəyan-ı Nəmrudanə (inkarçı axın), getdikcə axır zamanda fəlsəfə-i maddiyə (materializm fəlsəfəsi) vasitəsilə  güclənərək, üluhiyyəti (Allahın varlığını) inkar edəcən bir  dərəcəyə gələr. ..

 

Bu ideologiya, eyni zamanda sanki bir sehr  kimi kütlələrə təsir edər, bütün axmaqlığına və səhvinə baxmayaraq təqibçiləri olan, hətta öz içində müxtəlif təriqətləri ol  bir fikir sistemidir.

 

  Dəccaliyət  mövzusunun  əhəmiyyəti nədən  qaynaqlanır?

Axırzamanın izah edildiyi  hədislərdə,  yer üzündə pisliyi  idarə edən  Dəccalın çıxışı, qiyamətin böyük əlamətlərindən  biri olaraq xəbər verilir.  Peyğəmbərimiz (s.ə.v) bir hədisində, "Allah, Hz. Adəmi yaratdığı  gündən bu yana, Dəccalın fitnəsindən  daha böyük bir fitnə olmamışdır."  sözləriylə Dəccalın fitnəsinin böyüklüyünə  diqqət çəkmiş və bütün insanları  bu təhlükəyə  qarşı  xəbərdar etmişdir . Bir başqa hədisdə isə "Allahın göndərdiyi hər peyğəmbər ümmətini Dəccal ilə xəbərdar etdi."  sözlərilə  Dəccalın fitnəsinin yalnız Müsəlmanlar üçün deyil bütün insanlar üçün böyük bir təhlükə olduğuna işarə edilmişdir. Yenə bəzi hədislərdə Dəccalın fitnəsinin  bütün dünyanı əhatə edəcəyi bildirilir. Bunun bir nümunəsi  də hər dindən,  hər millətdən, hər inancdan bu sistemə uyanların olmasıdır.  Bu fitnə çox böyük və əhatəli  olduğu üçün bir çox insan bilərək və ya bilməyərək bu tələyə düşəcək.

 

   Dəccal sisteminin  hədəfi nədir?

Bu sistemin əsas  hədəfi, insanları  imandan, gözəl əxlaqdan, sevgidən, şəfqətdən uzaqlaşdırıb,  onları sevgisiz, təcavüzkar, vəhşilikdən və şiddətdən zövq alan  kəslər halına gətirmək  və bu şəkildə dünyanı qanlı  bir döyüş meydanına  çevirməkdir.  Ancaq bu planın heç bir zaman reallaşmayacağı əsla  unudulmamalıdır. Bu, Allahın iman edənlərə bir vədidir:

"Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz batil yox olucudur." (İsra Surəsi, 81)

 

   Dəccal  nə vaxt ortaya çıxacaq?

Hədislərdə bildirilən məlumatlara görə,  Hz. İsanın yenidən yer üzünə gəlməsi, Hz. Mehdinin  zühuru və Dəccalın ortaya çıxması  eyni dövrdə olacaq.  Bu dövr; din əxlaqının yaşanmadığı, əxlaqsızlığın, çaxnaşmanın, döyüşlərin, qarşıdurmaların  yayıldığı, terrorun, cinayətlərin və şiddətin gündəlik həyatın parçası  halına gəldiyi bir dövr olacaq. Tarix boyun dünyada  anarxiya və çaxnaşmanэn yaşandığı  dövrlər olmuşdur, ancaq Dəccalın səbəb olduğu qarışıqlıq və xaos mühiti, tarixin heç bir dövründə misli görülməmiş həcmdə olacaq.

 

Peyğəmbərimiz (s.ə.v), bir hədis-i şərifində  Dəccalın bir əsr əvvəlində  çıxacağını  bildirmişdir: Dünya qurulandan bəri hər yüz ilin  başında əhəmiyyətli bir hadisə olmuşdur. BİR  YÜZ İLİN  BAŞLARINDA DA DƏCCAL ÇIXAR  və Məryəm oğulu İsa nüzul edərək (yer üzünə enərək) onu yox edər. Peyğəmbərimiz (s.ə.v)  bir başqa hədisində isə belə bildirir: Bu ümmətin ömürü  MİN İLİ KEÇƏCƏK,  lakin MİN BEŞ  YÜZ İLİ  aşmayacaq...Peyğəmbərimiz (s.ə.v), ümmətin ömürünün 1500 ili keçməyəcəyini bildirdiyinə və yaşadığımız illərin də  hicri 1400'-cü  illər (Hicri 1400 = Miladi 1980) olduğuna görə, bu böyük hadisələrin meydana gəlməsi  olduğumuz dövrə işarə edir. (Ən doğrusunu Allah bilər)

 

    Dəccal hal-hazırda  çıxa bilərmi?

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində  Dəccalın çıxış  əlamətləri bildirən  hadisələrin bir-biri ardından  həyata keçməsi,  Məsih Dəccalın ortaya  çıxdığına  işarə edir. İsər  yaxın zamanlarda  reallaşan  əlamətlər,istərsə də olduğumuz dövrdə  

 

Dünyada  yaşanan hadisələr, Peyğəmbərimiz (s.ə.v)-in və İslam alimlərinin, Məsih Dəccalın ortaya çıxacağı  tarix və göstərəcəyi   fəaliyyətlər haqqında verdikləri məlumatlara tam olaraq  uyğundur.  Böyük İslam alimi Said Nursi  Dəccalın gücünün,  iqtidarının  şiddətə və təzyiqə söykəndiyini  bildirir.  Son zamanlarda  yer üzündə artan və indiyə qədər bənzəri görülməmiş  bir ölçüyə  çatan şiddət, anarxiya, qarışıqlıq, qırğınlar və terror hadisələri  isə Dəccalın  fəaliyyət olduрuna və bütün bunları  sanki  idarə etdiyinə işarə edir.

 

Hal-hazırda Yaxın  Şərqdə  yaşananlar Dəccalın fitnəsinin bir parçasıdırmı?

Peyğəmbərimiz (s.ə.v)-in  hədislərində Dəccalın bütün dairələrə  fərqli  metodlarla yaxınlaşacağı  və onları  bir-birlərinə qarşı qoyaraq yer üzündə böyük bir fitnə- fəsad  çıxarmağa çalışacağına işarə edilir.  Dəccalın bəzi  dairələrlə  oynamağa çalışdığı oyuna görə, mədəniyyətlərin bir-birinə düşmən edib  yer üzündə böyük bir müharibənin olması lazımdır. Təsiri altına aldığı  insanlara, Məsihin gəlişindən əvvəl  sülhü bərpa etməyin guya  müqəddəs kitabların sözünə qarşı gəlmək və hətta Dəccallıq olduğuna inandırmaqla, Yaxın  Şərqdəki  gərginliyin yaşanmasının  lazım olduğunu  razı salır.

 

 Bu istiqamətdə döyüş  əleyhdarı  ölkələri və sülhsevərliyi   Dəccal  olaraq göstərməklə, Məsih gələnə qədər əsla sülhün olmamasэ  üçün bölgədəki döyüş mühitinin mütləq davam etdirilməsini  təmin etməyi qarşıya  məqsəd kimi qoyur. Başqa sözlə hal-hazırda Yaxın Şərq torpaqlarında yaşanan hadisələrdə  Dəccalın fitnəsinin əhəmiyyətli bir rolu olduğunu söyləmək mümkündür. (Ən doğrusunu Allah bilər)

 

  Dəccal  ortaya çıxdığı zaman dərhal tanınacaqmı?

Bu gün  dünyasında yaşananlar hər nə qədər  Dəccalın səssiz fəaliyyətlərinə başladığını  göstərsə də,  Dəccalın şəxsən özü hələ  tanınmır. Bunun da səbəbi, Dəccalın müxtəlif  uydurmalar və hiylələrlə özünü insanlara fərqli şəkildə tanıdmasıdır. Bu səbəbdən  mənfi bir güc olduğu da dərhal bilinməyəcək  və dərhal tanınmayacaq.  Hədislərdə Hz. İsanın(ə.s)  Dəccalı axtaracağı  xəbər verilir ki, bu da Dəccalın bir müddət gizlənəcəyinə işarə edir.

 

    Dəccal  necə gizlənəcək?

Peyğəmbərimiz (s.ə.v), Dəccalın gizli fəaliyyətinə  bu  cür işarə etmişdir:

 

"Dəccal yola çıxıb ilk dəfə Dəməşq şəhərinin şərqə baxan  qapısının yanına gələcək... AXTARILACAQ, LAKİN  TUTULMAYACAQ... Sonra  Kisvə çayının sularının yanında görüləcək... AXTARILACAQ, NƏ TƏRƏFƏ GETDİYİ  BİLİNMƏYƏCƏK..."

 

Hədis-i şərifdə, "Dəccalın axtarılacağının, ancaq tapılmayacağının"  bildirilməsi,  gizli  edəcəyini göstərir. Dəccal, açıq-aşkar olaraq ortaya çıxacağı  dövrə qədər çox da  diqqət çəkmədən, yavaş  və dərindən fəaliyyət göstərəcək.  Bu dövr boyun, Dəccal və tərəfdarları  üçün gizlilik əsas olacaq, bu məqsədlə də gizli təşkilatların dəstəyini alacaqlar. Bu gizliliyin bir lüzumu olaraq  Dəccal, dərin dövlətlər meydana gətirib onların başına keçəcək, sanki "görünməz bir güc"  kimi hərəkət edəcək.  Bu sayədə hiyləgər bir şəkildə fitnə-fəsadı idarə edəcək.

 

    Dəccal haradan  çıxacaq?

  Hədislərdə  Hz. İsanın,  Dəccalı  Məscidül Əksa  yaxınlığında yox edəcəyi xəbər verilir

 

"...  Hz. İsa, DƏCCALI   AXTARAR və nəhayət  BEYTÜ'L MAKDİSƏ (MƏSCİD-İ ƏQSYA)  YAXIN BİR YER olan Bab-ü Lüdd (Lüdd  Qapısı) deyilən yerdə  yetişərək, ONU YOX EDƏR. "

 

Bu hədislərə görə, Dəccal Beytü'l Makdis yaxınlarında tapılacaq. Beytü'l Makdis, indiki  Məscidül Əqsanın  da  içində olduğu  Hərəm-i şərifin oldıuğu müqəddəs sahəyə verilən addır.  Bu da Dəccalın fəaliyyət mərkəzinin Məscid-i Əqsa və ətrafında olacağına işarə  edir.

 

"İsa (ə.s)  Dəccal ilə Lüdd qapısında (BEYTÜ'L MAKDİSƏ  YAXIN BİR DİYARDA)  qarşılaşar və onu yox edər. "

 

 

 

 

 

 

 

 

 

.