Dedi-qodu və lağlağanın artması.

Bu dövrün başqa bir xüsusiyyəti də dedi-qodu və lağlağanın böyük rəğbət görməsidir:

 

Qiyamət yaxınlaşdıqca, o dövrün ənetibarlıları yaltaqlıq və dedi-qodu edənləri olacaq. (Taberani, Deylemi; Son Zamanlarla Əlaqədar Hədislər, s. 111)

 

... İntriqaçıların, qeybətçilərin və lağlağa edənlərin artması qiyamət əlamətlərindəndir. (Beyhaki, İbni Neccar; Son Zamanlarla Əlaqədar Hədislər, s. 107)

 

Malların(heyvanların) dilləriylə yalayaraq yediyi kimi, dilləriylə dolanışıqlarını təmin edən bəzi insanlar ortaya çıxmadıqca qiyamət qopmaz. (İmamı Əhməd; Son Zamanlarla Əlaqədar Hədislər, s. 115)

 

İnsanlar üzərinə bir zaman gələcək, adam bir qövmün içində oturacaq amma, özünü dilə-dişə düşməmək üçün,  qalxa bilməyəcək. (Deylemi; Gələcəyin Tarixi 1, s. 30)

 

Halbuki, Allah, dedi-qodu və lağlağanın  pis əxlaq olduğunu bildirmiş və iman edənlərə bunlardan çəkinmələrini əmr etmişdir. Ayyələrdə belə buyurulur:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın.Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar.Qadınlar da bir-birinə (rişxənd eləməsinlər).Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar.Kimsə kimsənin qeybətini etməsin (arxasından çəkişdirməsin.)Sizdən biriniz, ölü qardaşının ətini yeməyi sevərmi?Bu sizdə ikrah hissi oyadar.Allahdan qorxun. (Hucurat Surəsi, 11-12)