Əhli-Sünnənin dörd məzhəb imamı Hz. Mehdinin (ə.s) gələcəyini müjdələmişdir.

Peyğəmbərimizdən (s.ə.v.) nəql edilən “təvatür” (içində yalan ehtimalı olmayan, səhih, əsaslı xəbər) dərəcəsindəki hədislərdə hz. Mehdinin (ə.s.) bu əsrdə zühur edəcəyi açıq-aydın bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v.) hədisləri və böyük İslam alimlərinin açıqlamaları ilə yanaşı, İslam aləminin dörd böyük məzhəbinin imamları da hz. Mehdinin (ə.s.) bu əsrdə çıxacağını müjdələmişdir.

 

Dörd haqq məzhəbdə hz. Mehdinin (ə.s.) zühuru necə müjdələnib?
Cənab Adnan Oktar bu barədə hansı açıqlamaları verib?

İslam aləmi Peyğəmbərimizdən (s.ə.v.)  sonra müxtəlif üsullarla idarə edilmişdir. Rəsulullahın (s.ə.v.) vəfatından sonra idarəçilik xəlifələrə keçmişdir. Növbə ilə Hz. Əbubəkr (r.ə.), hz. Ömər (r.ə.), hz. Osman (r.ə.) və hz. Əlinin (r.ə.) İslam aləminin idarəçisi olduğu dörd xəlifə dövrü 30 il davam etmişdir.

 


Peyğəmbərimizin (s.ə.v.) vəfatından sonra İslam aləminin sərhədləri daha da genişlənmiş, bir çox səhabə İslamı yeni qəbul etmiş ölkələrə gedərək Quran əxlaqını və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini təbliğ etmişdir. Bu şəkildə, Peyğəmbərimizin (s.ə.v.) miras qoyub getdiyi elm və hikmət əshabi-kiram vasitəsilə onlardan sonrakı nəsil olan tabiinlərə (səhabələri görənlərə) çatdırılmışdır.

 


Tabiin imamları da səhabələr kimi həm müsəlmanların dini məsələlərdəki suallarını cavablandırmış, həm də tələbələr yetişdirmişdir. Həmin tələbələr İslam əxlaqı,  Quran və Peyğəmbərimizin (s.ə.v.) sünnəsi haqqında məlumatlandırılmışlar. “Təbeyi-tabiin” adlandırılan bu yeni nəslin içindən əhli-sünnənin dörd haqq məzhəbinin imamları çıxmışdır.
İmami-əzəm Əbu Hənifə, İmam Malik, İmam Əvzai, İmam Şəfii, Əhməd ibn Hənbəl və Süfyan ibn Üyeynə təbeyi-tabiin adlandırılan şəxslərdəndir. Tabiin alimləri səhabələrin fətvalarını topladığı kimi, təbeyi-tabiin alimləri də tabiinin fətvalarını toplamış, eyni zamanda özləri də fətva vermişdir.

 

 

Buradan məlum olduğu kimi, əsri-səadət və dörd xəlifə dövrlərində hər hansı məzhəbin qurulmasına ehtiyac olmamışdır. Çünki onlar dini birbaşa Peyğəmbərimizdən (s.ə.v.) və səhabələrdən öyrənmişlər. Lakin sonradan müxtəlif azğın cərəyanlar və bidətçi təriqətlər ortaya çıxmış, nəticədə, Peyğəmbərimizin (s.ə.v.) və səhabələrinin yolu ilə gedən rəbbani alimlər etiqadda və əməllərdə bəzi ölçülər müəyyən etmiş, doğrunu yanlışdan ayıraraq İslam dinini təmiz şəkildə bəşəriyyətə təqdim etmişlər. Beləliklə, əhli-sünnə məzhəbləri meydana gəlmişdir. Əhli-sünnə məzhəblərinin imamları Quran və sünnədə bildirilən hökmləri ciddi şəkildə tətbiq etmiş, başda təfsir və hədis olmaqla, bir çox elmi öyrənmiş, özlərindən sonra gələnlərə elmi Qurandan və sünnədən, yəni əsl mənbəyindən öyrənməyi tövsiyə etmişlər.

 

 

Məzhəb imamları Hz. Mehdinin (ə.s.) zühurunu müjdələmişdir.