Fərat çayının suyunun kəsilməsi.

Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkar etməsi zamanı yaxınlaşır. O vaxt kim orda olsa, o xəzinədən heç nə götürməsin. (Riyazüs Salihin, 3/332)

 

Fərat çayı qızıl dağ üzərindən axmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün müharibə edəcək və hər yüz insandan doxsan doqquzu öldürüləcək, onlardan hər adam “kaş xilas olan mən olsaydım” deyəcəkdir – buyurmuşdur. (Sahih-i Müslim, 11/320)

 

1975-ci ildə Fərat çayı üzərində Keban su anbarının tikintisindən dolayı, Fərat çayının suyu kəsildi. Başqa sözlə desək çayı suyu dayandırıldı. Bu hadisə Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl buyurduğu hədisin gerçəkləşməsi idi.Görüldüyü kimi  Hz. Mehdinin çıxışının əhəmiyyətli  bir əlaməti olan Fərat çayının sununun dayandırılması və qızıl dəyərində bir xəzinənin ortaya çıxması bir çox böyük hədis kitabınlarında yer alır. Suyutinin kitabında bu hədis "suyun dayandırılması" olaraq bildirilib. Həqiqətən də Keban anbarı, Fərat çayının sununu dayandıraraq kəsmişdir. Tikilən anbar sayəsində; elektrikin istehsalı, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artırılması və nəqliyyat asanlığının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar "qızıl" kimi qiymətli hala gəlmişdir. Anbar, betondan nəhəng bir dağı xatırlatmaqdadır. Bu anbardan (hədis-i şərifdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülməkdədir. Başqa sözlə anbar "qızıl bir dağ" xüsusiyyətini qazanmışdır. (Ən doğrusunu Allah bilər)