Fərat və Dəclə arasında böyük döyüş.

"Fərat ilə Dəclə arasında Zevra (Bağdad) deyilən bir şəhər olacaq. Orada böyük bir döyüş olacaq. Qadınlar əsir ediləcək, kişilər isə, qoyun kəsilən kimi kəsiləcək." (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, sf. 38, El Muttaki))

 

Hədisdə keçən "Fərat və Dəclə arasında yaşanacaq bu böyük döyüş, yaxın keçmişdə yaşanan iran-İraq müharibəsiişarədir. Əvvəlki səhifələrdə də gördüyümüz kimi, iki müsəlman ölkə arasında yaşanan bu böyük döyüşdə, hədisdə diqqət çəkilən torpaqlarda böyük qarşıdurmalar yaşanmış, kəndlər, qəsəbələr, şəhərlər ağır borbardman altında yerlə bir olmuşdur. Qadın, uşaq, yaşlı ayrı-seçkiliyi edilmədən bir çox insan döyüşdə həyatını itirmişdir. Sonralar aşkar olunan toplu məzarlar, döyüş əsnasında həyatını itirən insan sayının təxmin ediləndən çox olduğunu göstərir.