Həzrəti Mehdinin fiziki xüsusiyyətləri.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, özündən sonrakı əsrlərdə reallaşacaq hadisələr, ya da insanlar  haqqında, Hz. Mehdi (ə.s) haqqında olduğu qədər çox və detallı məlumat verilməmişdir. Hədislərdə, Hz. Mehdi (ə.s) ilə birlikdə, Hz. İsa (ə.s)ın da axır zamanda yer üzünə ikinci dəfə gələcəyi və dəccalın da ortaya çıxacağı xəbər verilmişdir. Ancaq nə Hz. İsa (ə.s), nə də dəccal haqqında , Hz. Mehdi (ə.s) qədər heyrətamiz və detallı məlumatlar verilməmişdir.

 

Hədislərdə, Hz. Mehdi (ə.s)-ın əxlaqı, həyatı və fəaliyyətləri qədər, fiziki xüsusiyyətləri haqqında da heyrətamiz detallı təriflər verilir. Bunların hamısı bütünlüklə qiymətləndirildiyində, bu xüsusiyyətlərin hər hansı bir insanda təvafüq olaraq bir yerə toplanmayacağı açıqca aydın olur.

 

Bu, eyni zamanda da Müsəlmanların Hz. Mehdi (ə.s)-ı ən doğru şəkildə tanımalarının nə qədər əhəmiyyətli olduğunu göstərir. Zühuru olduqca yaxın bir zamanda reallaşacaq olan Hz. Mehdi (əs) ilə qarşılaşıldığında, inşaAllah bütün Müsəlmanlar, Peyğəmbərimiz (səv)ın hədislərində Hz. Mehdi (əs)ın fiziki xüsusiyyətləriylə əlaqədar olaraq verilən bütün heyrət verici detallı təriflərin doğruluğunu şəxsən görəcəklər.

 

Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində, Hz. Mehdi (ə.s)-ı tanıdan bu detallı işarələrin hər biri üçün, ayrı yer bildirilmiş, hər biri üçün ayrı təyin edici ifadələr istifadə edilmişdir. Bəzisi üçün xal, bəzisi üçün İZ, bəzisi üçün İŞARƏ deyilmiş, bəzisi üçün MÖHÜR, ya da NİŞAN, bəzisi üçün YARPAQ, bəzisi üçün İNCİ, ya da ULDUZ bənzətməsi edilmişdir. 

 

Bunlarla yanaşı, Hz. Mehdi (ə.s)-ın dərisinin, saçının və saqqalının rəngi, əndamı, boyu, bədən quruluşunun bütün detalları, üzünün ümumi xəttləri, başının və alnının forması, burnunun, qaşlarının, dişlərinin xüsusiyyətləri kimi tanıdıcı xüsusiyyətləri də heyrət verici şəkildə çox detallı olaraq təsvir edilmişdir.

 

Məsələn, bir hədisdə Peyğəmbərimiz (s.ə.v), "Hz. Mehdi (ə.s)-ın sağ ayağında qara bir iz olacağını" bildirmişdir, ancaq diqqət edilsə burada yalnız bir izdən bəhs edilməmiş, bu izin qara olduğu, sağ ayağında olduğu kimi qəti detallar da verilmişdir. Aşağıda verilən hədislər araşdırıldığında Peyğəmbərimiz (səv)ın Hz. Mehdi (əs)ın fiziki görünüşüylə əlaqədar vermiş olduğu məlumatlar detallı olaraq görüləcək.

 

HƏZRƏTİ MEHDİ (Ə.S)-IN FİZİKİ XÜSUSİYYƏTLƏRİ İLƏ TANIŞ OL.