Hz. Mehdi (ə.s) gecə ibadəti (dərsləri) ilə insanların ağıllarının artmasına, təmizlənməsinə vəsilə olacaq.

Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. (Müzəmmil Surəsi, 6)ayəsində xəbər verildiyi kimi Hz. Mehdi (ə.s.)-ın gecələri edəcəyi dərslər və təbliğ gücüylə insanlar  dövlətinə, millətinə, dininə və bütün insanlığa faydalı hala gələcək. Əvvəllər cahil, xəsis və qorxaq olan bir insan, axır zamanın böyük mürşidi (doğru yolu göstərən adamı) Hz. Mehdinin (ə.s.) təbliği və təhsiliylə savadlı, comərd və cəsur bir hala gələcək; insanların şəxsiyyəti Uca Allahın razı olacağı şəkildə dəyişəcək.

 

"... (ONUN (HZ. MEHDİNİN (Ə.S.)) LÜTFÜ SAYƏSİNDƏ) GECƏ CAHİL, QORXAQ VƏ XƏSİS OLAN ADAM SƏHƏRƏ SAVADLI, CƏSUR VƏ COMƏRD OLACAQ. (Allahın) köməyi onun (Hz. Mehdinin (ə.s.)) qarşısında gedəcək… Allahın elçisinin addımlarını izləyəcək və heç səhv etməyəcək; O ((Hz. Mehdi (ə.s.)), görmədən onu dəstəkləyən bir mələk olacaq, insanların əhvalını yüksəldəcək və zəifə yardımçı olacaq, hərəkətləri sözlərinə görə olacaq və sözləri əməllərinə görə olacaq… (Əl-Futuhatu'l Makkiyah, s. 6)

 

Peyğəmbərimizin (s.ə.v) gecə ibadət etməsi kimi, Hz. Mehdi (ə.s.) və tələbələri də təbliğ fəaliyyətlərini yalnız gündüz deyil, internet, televiziya və radio kimi vasitələrlə gecə də davam etdirəcək.

 

Nuaym ibn Hammad, Əbu Cəfərdən belə rəvayət etmişdir: ... (HZ. MEHDİ (Ə.S.)) GECƏLƏRİ İBADƏTLƏ MƏŞĞUL OLUB, gündüzləri gizli olacaq... (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Hz. Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)"GECƏLƏRİNİ RAHATLIQ İÇƏRİSİNDƏ KEÇİRMƏK YERİNƏ ONLAR (HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİ) RƏBLƏRİNƏ İBADƏT EDƏRƏK KEÇİRƏCƏKLƏR." (Mikyaal al-Makaarem, cild 1, s. 65)