Günahsız insanların öldürülməsi.

Günahsız insanlar öldürülməyənə qədər Mehdi çıxmayacaq və qırğınlara yerdəkilər və göydəkilər, artıq dözə bilmədiyi zaman zühur edəcək...
(Əl-Kavlul Muhtasar Fi Əlamətil Mehdiyyil Muntazar, s. 37)

 

Mehdi hər doqquz nəfərdən yeddisi öldürülənə qədər çıxmaz. Günahsız insanların öldürülməsi onlardandır.
(Kitab-ül Burhan fi Əlamətil Mehdiyyil Axır Zaman, s. 35)

 

Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz. Günahsızlar öldürüldüyü zaman, onları öldürənlərə yer və göy əhli buğz edərlər... (Kitab-ül Burhan fi Əlamitil Mehdiyyil Axır Zaman, s. 35)

 

Mehdinin çıxışı ilə bağlı hədislərdə qırğınların yayılmasından bəhs edilərkən, bu qırğınların günahsız insanları hədəf alacağına xüsusilə diqqət çəkilmişdir. Hal-hazırda bütün döyüşlərdə əsas hədəf vətəndaşlardır. Xüsusilə özlərini müdafiə etmə imkanı olmayan bu insanların seçilməsi qırğınların diametrinin geniş, həyatlarını itirən insanların sayının yüksək olması ilə nəticələnir.

 

Döyüşlər və ya müxtəlif qarşıdurmalardakı qırğınlarla yanaşı xüsusilə son illərdəki terrorist fealiyyətlər də xalqın toplu olaraq məhv edilməsi ilə nəticələnir. Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşət yaymaq olduğundan, bu cür hücumların əsas yönəldiyi istiqamət vətəndaşlardırr. Ticarət mərkəzləri, restoranlar, məktəblər və.s müdafiəsiz qadınların, gənclərin və uşaqların olduğu yerləri hədəf alınması nəticəsində dünyanın müxtəlif ölkələrində bir çox insanın həyatına son verilir.