Haramların halal sayılması.

... Bütün haramların halal sayılacağı bir fitnə gəlir. Sonra da xilafət, dünyanın ən xeyirlisi olan Hz. Mehdiyə evində oturarkən gələcəkdir. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 26)

 

Hz. Mehdi, bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 23)

Hal-hazırda fahişəlik, qumar, içki, rüşvət kimi bir çox şey haram olmalarına baxmayaraq dünyanın bir çox ölkəsində gedərək artan bir nisbətdə işlənməkdədir. Kimi Qərbli qəzet və televizyalarda bu haramları işləyənlər tez-tez təriflənməkdə və təşviq edilməkdə, hətta işləməyənlər tənqid edilməkdədirlər. Aparılan statistikalar isə bu mövzudakı ədədin gedərək artdığını göstərir