Hər yerə çatan fitnə.

Heç bir tərəfin ondan məhfuz qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir yerə yayılacaq və bu vəziyyət bir münadinin səmadan səslənərək: “Ey insanlar, əmriniz artıq Mehdidir” deməsinə qədər davam edəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 23)

Hədisdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilməkdədir. Yəni hər kəsin xəbərdar olacağı, din əxlaqına və Allaha qarşı ortaya sürülən bir fitnə insanların imanlarını hədəf alacaq. İndiki vaxtda, Allahın varlığına və din əxlaqının yaşanmasına  qarşı ən böyük fikri axın materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq götürdüyü sözdə elmi təməl isə “təkamül nəzəriyyəsi”dir. Heç bir elmi və məntiqi dəlilə dayanmayan, tamamilə ağıl və elmdən kənar olduğu halda, sıx təbliğat, aldatmaca və göz boyama üsullarıyla bu boş söz dünya səviyyəsində müəyyən materialist cadugərlar tərəfindən kütlələrə təlqin edilməyə çalışılmaqdadır.

Bu gün təkamül nəzəriyyəsinin gərək mətbuat gərəksə televizya yoluyla az qala girmədiyi heç bir ev və məkan qalmasın. Diqqət çəkici bir nöqtə daha vardır: Peyğəmbərimiz (s.ə.s.)in hədisində ifadə edildiyi kimi bir fitnənin dünyanın hər yerinə nüfuz etməsi və sürətlə yayılması, ancaq günümüzdəki texnoloji imkanlarla (mətbuat, nəşr, internet, peyk ünsiyyəti...) reallaşa bilər. Keçmişdəki şərtlərdə, bir fitnənin dünya səviyyəsində qısa zamanda bu qədər geniş sahəyə yayılması mümkün deyil. Necə ki bu günə qədər Allahın varlığına, yaradılışa və din əxlaqına qarşı döyüş açmış, dünya səviyyəsində məşhur bir başqa fitnə daha görülməmişdir. Hədislərdə Hz. Mehdinin çıxışıyla və Hz. İsanın gəlişiylə bu fitnənin sona çatacağı müjdələnilməkdədir.