Quran ayələrində Hz. İsanın dünyaya ikinci dəfə gəlişi müxtəlif şəkillərdə bizə bildirilir.

Peyğəmbər Əfəndimizin (s.ə.v.) "...Vallah, şübhəsiz ki, Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, həm də ədalətli bir hökmdar olaraq enəcək..." (Səhihi Müslim bi şərhin-Nəvəvi, cild 2, s. 192) hədisində olduğu kimi bir çox hədisdə və İslam alimlərinin şərhlərində Hz. İsa gələndə fəaliyyətləri və o dövrün xüsusiyyətləri müxtəlif nümunələrlə izah edilir. Onun tanınmasına vəsilə olacaq əlamətləri bu şəkildə sadalaya bilərik.

 

Peyğəmbərimizin (s.ə.v.) hədislərində Dəccalın xüsusiyyətləri ətraflı şəkildə xəbər verilmişdir. Bu məlumatlara görə Dəccal insanları doğru yoldan uzaqlaşdıracaq, yaxşını pis, pisi yaxşı kimi göstərəcək, ona tabe olanları nemətlərlə aldadacaq, ona tabe olmayanlara isə təzyiq tətbiq edəcək, dünyada xaos yaradacaq, qarşıdurmaları qızışdıracaq, din əxlaqına qarşı olacaq və insanları din əxlaqından uzaqlaşdırmaq üçün fəaliyyət göstərəcək. Dəccalın dünyada olduğu dövr səmimi olaraq iman edənlərin bir çox çətinliklə qarşılaşdığı, insanların böyük əksəriyyətinin din əxlaqından uzaqlaşdığı bir dövr olacaq.

1 2 3 4 5 6 7 8 9 -- 11 12 13 14 15 16