Kitabi-Sittə, altı məşhur hədis kitabından ibarət olan hədis külliyyatına verilən addır. Bu altı kitabda hədislərin Peyğəmbər Əfəndimizdən (s.ə.v.) bizə olduğu kimi gəldiyi bütün əhli sünnə alimləri tərəfindən təsdiq edilmişdir.

Bu səbəbdəndir ki, Kitabi-Sittə əhli-sünnə etiqadına görə Qurani Kərimdən sonra gələn ən əhəmiyyətli ikinci qaynaqdır. Kitabi-Sittədə Hz. İsanın dünyaya ikinci dəfə gəlişi haqqında bir çox hədis verilmişdir. Bəşəri qaynaqlar içində ancaq Kitabi-Sittədə olması da bu mövzunun şübhəsiz doğru olduğunu göstərməyə kifayət edir.
İslam tarixində müxtəlif dövrlərdə yaşamış İslam alimləri də əsərlərində Hz. İsanın dünyaya ikinci dəfə gəlişi ilə əlaqədar ətraflı izahlar vermişdirlər. Bu izahların bir hissəsi belədir:
 
İmam Rəbbani
"Bir başqa hədisi-şərifdə isə Rəsulullah (s.ə.v.) Əfəndimiz belə buyurdu:
"Əshabı-Kəhf Hz. İsanın köməkçisi olacaq." Hz. İsa (ə) Hz. Mehdi dövründə yerə enəcək. Hz. Mehdi Dəccalın yox edilməsində Hz. İsayla (ə) razı olar. Onun dövründə Ramazan ayının on dördüncü günündə Günəş tutulacaq...

1 2 3 4 5 6 7 8 9 10 11 12 -- 14 15 16