Hz. İsanın (ə.s) axırzamanda yer üzünə yenidən göndəriləcəyi, İslamı seçərək Hz. Mehdi (ə.s) ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakim olmasına kömək edəcəyi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələnmişdir. Yaşadığımız axırzamanın ən mühüm məsələlərindən biri Hz. İsanın (ə.s) hansı xüsusiyyətləri ilə tanınmasıdır.
Möminlər Hz. İsanı (ə.s) imanının dərinliyi və nuru ilə dərhal tanıyacaq. Ancaq Allah bu mübarək peyğəmbəri tanıtmaq üçün ona çox mükəmməl, cazibədar fiziki görünüş bəxş etmişdir.

 

Hz. İsanın (ə.s) boyu haqqındakı “uzunla qısa arasında”, “nə uzun, nə qısa”, “uzun deyil, uzuna yaxın orta boylu” kimi ifadələr (İbnü’l-Esîr, Nihâye II, 190; Nevevî, Şerhu Müslim II, 224.) Hz. İsanın (ə.s) uzuna yaxın orta boylu olacağını göstərir. Peyğəmbərimizin (s.ə.v) boyu da bənzər ifadələrlə təsvir edildiyinə görə, Hz. İsanın (ə.s) bu cəhətdən Peyğəmbərimizə (s.ə.v) bənzədiyi məlum olur: Uzuna yaxın orta boyludur, rəngi qırmızı ilə bəyaza çalır, əynində boyanmış iki paltar var. O qədər təmizdir ki, nəm olmadığı halda, saçından sanki su damır. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.499) (Ebu Davud, Melahim, 4324).

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 -- 15 16