XX əsrə damğasını vuran qarşıdurmalar və müharibələr yeni əsrdə də bütün insanlığı təhdid etməyə davam edir. Hər keçən gün artan müharibə təhdidi və beynəlxalq terror qadın, uşaq, yaşlı demədən bütün günahsız insanları hədəf edir, çox böyük maddi itkilərə səbəb olur. Ancaq bu vəziyyət qarşısında beynəlxalq həmrəyliyin artırılmasına duyulan təcili ehtiyaca baxmayaraq, qarşıdurmanın daha geniş sahəyə yayılmasına səbəb olan cəhdlər edilir. Ortaya atılan "sivilizasiyalar qarşıdurması" tezisi istiqamətində iki böyük sivilizasiyanı: Xristianlıqla İslamı qarşı-qarşıya qoyan bir planı tətbiq etmək üçün zəmin yaradılmağa çalışılır.
Son günlərdə mətbuatda Qüds və ətrafında aparılan araşdırmalar zamanı Hz. İsa dövrünə, yəni 2000 il bundan əvvəllə aid kubok tapıldığı dərc olundu. Üzərində " Rəb, geri döndüm" yazısı olan kubokun Hz. İsanın 2000 il bundan əvvəl istifadə etdiyi şəxsi əşyası olması ehtimalı çox böyükdür. O dövrdə istifadə edilən dildə yazılmış bu yazı, kubokun Hz. İsanın əvvəlki həyatına dair əşya olduğunu göstərir:

 

"Son dövrdə ən çox diqqət çəkən məsələlərdən biri isə, bir müddət əvvəl Siyon Dağında kəşf edilən və üzərində "Rəb, geri döndüm" yazılan iki min illik kubokun tapılması oldu.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 -- 16