Hz. İsa bundan təxminən 2000 il əvvəl yaşayan, Allahın dünyada və axirətdə üstün etdiyi bir elçidir. Hz. İsa doğumu, həyatı, Allah Qatına qaldırılmağı və bu kimi digər hadisələrlə möcüzəvi bir həyata sahib olmuşdur. Bu mübarək şəxsin həyatı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin qissəsini bizə bildirir. Ancaq Hz. İsa bir çox xüsusiyyəti ilə digər peyğəmbərlərdən fərqlənir. Allahın dərin elm verdiyi bu qiymətli bəndə hələ beşikdəykən danışmağa başlamış, dünyada qaldığı müddət ərzində isə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir.

 

Müxtəlif İslami qaynaqlarda Hz. İsanın fiziki xüsusiyyətləri ilə əlaqədar bir çox hədis və məlumatlar var. Bunlardan bir qisimi belədir:
1 "Orta boylu"

2 "Rəngi qırmızı ilə ağa arası"

3 "Üzərində boyanmış iki paltar vardır."

4 "O dərəcədə təmizdir ki, özünə su toxunmadığı halda başından su damcılayırmış kimidir."

1 2 3 4 5 -- 7 8 9 10 11 12 13 14 15 16