Yaşadığımız axır zaman bütün iman sahibləri üçün çox müqəddəs və müjdəli bir dövrdür. Çünki, Rəbbimizin ayələrində və Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində iki min ildən sonra, axır zamanda Hz. İsanın yenidən dünyaya göndəriləcəyi xəbər verilmişdir. Hz. İsanın dünyaya ikinci dəfə gəlişində onu tanınmağımıza kömək edəcək əlamətlərdən biri də fəaliyyətləri olacaq. Hz. İsa təkrarlanmağı qeyri-mümkün olan fəaliyyətləri yerinə yetirərək Allahın icazəsi ilə Hz. Mehdi ilə birlikdə dünyada “Qızıl dövrün” yaşanmağına vəsilə olacaq.

 

Həm xristianlarda, həm də müsəlmanlarda Hz. İsanın ikinci dəfə gəlişi ilə əlaqədar bəzi səhv məlumatlar, əks fəaliyyətlər və təbliğatlar nəticəsində Hz. İsa dünyaya gələndə onu  tanıyan insanların sayı çox az olacaq. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi axır zamanda baş verəcək bu hadisə haqqında belə xəbər vermişdir:

"Həzrəti İsa Əleyhissalam gəldiyi vaxt hamının onun həqiqi İsa olduğunu bilməyi lazım deyil. Onun mukərrəb və havassı (dərin imanlı yaxın tələbələri) nuru-iman (imanın işığı) ilə onu tanıyar. Yoxsa bədahət dərəcəsində (birdən-birə və açıq-aşkar) hər kəs onu tanımayacaq." (Məktubat, s. 60)

1 2 3 4 5 6 7 -- 9 10 11 12 13 14 15 16