Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar. (Saff surəsi, 14)

 

 

Hz. İsanın ikinci dəfə gəlişinin bir əlaməti olan əhəmiyyətli hadisələrindən biri də axır zamanın digər müqəddəs şəxsi olan Hz. Mehdinin zühuru olacaq.

Bədiüzzaman əsərlərində də vurğuladığı kimi Hz. Mehdi üç mərhələdə vəzifəsini yerinə yetirəcək. Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi isə Allahın icazəsi ilə Hz. Mehdinin üçüncü vəzifəsini yerinə yetirdiyi mərhələdə reallaşacaq. Bu dövrdə Hz. Mehdi Peyğəmbərimizin (s.ə.v.) xəlifəsi, yəni, İslam aləminin mənəvi lideri kimi dünyadakı bütün müsəlmanlar arasında İslam Birliyini təmin edəcək və lider olacaq.

1 2 3 4 5 6 7 8 -- 10 11 12 13 14 15 16