Həzrəti İsanın camaatının sayı çox az olacaq.

Quranda Hz. İsanın dünyaya ilk gəlişində ona tabe olanların sayının çox az olduğuna işarə edilmişdir. Rəvayətlərdə də xəbər verildiyinə görə Hz. İsaya çox az həvari inanmış və cəmiyyətdən bu mübarək peyğəmbərə inanan az insan olmuşdu. Bu hadisə Quranda belə xəbər verilmişdir:

 

Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar. (Saff surəsi, 14)

 

Dünyaya ikinci dəfə gəlişinin ilk vaxtlarında Hz. İsaya inanıb, onu dəstəkləyənlərin sayı yenə çox az olacaq. Bədiüzzaman bu hadisə haqqında belə xəbər vermişdir:

"...Dəccalın fövqəladə böyük və minarədən daha yüksək əzəməti-heykəldə və Həzrəti İsa Əleyhissalam ona nisbətən çox kiçik olduğunu göstərir. Bunun bir şərhi də budur ki, İsa Əleyhissalamı nuru-iman (imanın işığı) ilə tanıyan və tabe olan camaatı-ruhaniyəsi mücahidinin (ruhani mücahidlər camaatının) kəmiyyəti (sayı) Dəccalın məktəbi tərəfindən və əsgəri tərəfindən elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir (məqsədindədir)." (Şüalar, s. 495)

Başqa sözündə Bədiüzzaman belə söyləyir:

"Həzrəti İsa (ə) Dəccal ilə mübarizəsində on arşın yuxarıya atlayıb sonra qılıncı onun dizinə yetişdirə biləcək dərəcəsində bədən cəhətdəndən o dərəcə Dəccalın heykəli Həzrəti İsadan böyükdür.” deyə tərcüməsində rəvayət var. Deməli, Dəccal Həzrəti İsa Əleyhissalamdan on, bəlkə iyirmi misli yüksək qamətli (boylu) olmalıdır...

Birinci Cəhət: Dini İsəvinin həqiqətini (Xristianlığın həqiqətini) əsas tutan İsəvi ruhanilərin camaatı və onlara qarşı dinsizliyi tərvicə (qəbul etdirib etibarlı etməyə) başlayan camaat təcəssüm etsələr (maddələşib cisim halına gəlsələr) bir minarə yüksəkliyində bir insanın yanında bir uşaq qədər də ola bilməzlər." (Kastamonu Lahiqəsi, s. 75)

Bədiüzzaman bu sözlərində Dəccalın sahib olacağı maddi və mənəvi güc kimi ətrafındakı insanların sayının da çox olacağını, Hz. İsanın isə Dəccala nisbətən çox az sayda adama sahib olacağını demişdir.

Hz. İsanın insanların əksəriyyəti tərəfindən tanına bilməməsində Dəccalın sahib olduğu bu geniş kütlə və geniş imkanlarla aparacağı təbliğatın böyük təsiri olacaq. (Ən doğrusunu Allah bilir)