Həzrəti İsanın həyatı.

Tarixi mənbələrə görə, Hz.İsa bundan təxminən 2000 il əvvəl yaşayıb. O, Allahın dünyada və axirətdə seçdiyi bir elçisidir. Matta İncilində Hz.İsanın I Herod və reYim dəyişikliyi dövründə (b.e.ə. 4-cü il), Luka İncilində isə imperator Avqustun dövründə (eramızın 6-cı ili), Yəhudiyyədə əhalinin sayılması dövründə anadan olduğu bildirilir. Bu məlumatları təsdiq etmək mümkün deyil. Ancaq müxtəlif mənbələri araşdıran tədqiqatçılar Hz.İsanın b.e.ə. 7-6-cı illər arasında anadan olduğunu güman edirlər.


Allahın üstün xüsusiyyətlərlə nemətlər bəxş etdiyi, sonsuz cənnət yurdu ilə müYdələdəyi bu dəyərli elçisinin gətirdiyi haqq dinin adı bu gün yer üzündə qalsa da o, əsl həqiqətdə təhriflərə məruz qalmış və əslindən uzaqlaşdırılmışdır. Allahın Hz.İsaya vəhy etdiyi İncilin də eynilə təkcə adı qalır, əsli isə mövcud deyil. Xristian mənbələri müxtəlif dəyişikliklərə məruz qalıb və təhrif edilib. Dolayısı ilə bu gün Hz.İsa ilə bağlı həqiqi məlumatları bu mənbələrdən əldə etməyimiz mümkün deyil. Hz.İsa haqqında doğru məlumat əldə edə biləcəyimiz yeganə mənbə Allahın qiyamətə kimi qoruyacağını vəd etdiyi Qur’andır. Qur’anda Hz.İsanın anadan olması, həyatı, bu müddət ərzində qarşısına çıxan hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox məsələlərdən bəhs edilir. Hz.İsanın yəhudilər arasında necə təbliğat aparması da bir çox nümunə ilə xəbər verilir. "Ali-İmran" surəsində Rəbbimiz belə buyurur:




"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!" ("Ali-İmran" surəsi, 3/50-51).


Yəhudilərin əksəriyyəti Hz.İsanın bu dəvətinə cavab verməmiş, ancaq az saydakı həvari ona tabe olmuşdu. Qur’anda bu səmimi inananların varlığı belə bildirilir:


"İsa onların küfrünü hiss etdikdə: "Allah yolunda kim mənim köməkçim olacaqdır?!" - deyə soruşdu. Həvarilər dedilər: "Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!" "Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz!"" ("Ali-İmran" surəsi, 3/52-53).


Əhdi-Cədidə görə, Hz.İsa yanında bu 12 tələbəsi olduğu halda Fələstinin hər tərəfini gəzib dolaşmışdı. İnsanları Allaha iman gətirməyə dəvət etmək üçün etdiyi bu səyahət zamanı Allahın icazəsi ilə müxtəlif möcüzələr göstərmişdi. Xəstə və şikəst insanları, cüzam xəstəliyinə tutulanları sağaltmış, anadangəlmə korların gözlərini açmış və ölüləri diriltmişdi. Bu möcüzələr Qur’an ayələrində belə xəbər verilir:

"...Mən həqiqətən Rəbbiniz tərəfindən möcüzə ilə sizə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır" ("Ali-İmran" surəsi, 3/49).

"Xatırla ki, o gün Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrailoğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman Mən səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"" ("Maidə" surəsi, 5/110).

Hz.İsa böyük möcüzələr göstərmiş, insanlar onun göstərdiyi bu möcüzələrdən çox təsirlənmişdilər. Ancaq Hz.İsa həmişə bu möcüzələrin Allahın icazəsi ilə gerçəkləşdiyini bildirmiş, İncil açıqlamalarında isə sağaltdığı insanlara tez-tez "imanın səni xilas etdi" demişdi. Matta İncilinə görə, xalq da Hz.İsanın möcüzələri qarşısında Allahı ucaltmışdı:

"İsa oradan çıxıb Qalileya gölü yaxınlığına gəldi və dağın başına çıxıb orada oturdu. Onun yanına böyük bir izdiham gəldi və aralarında topallar, korlar, dilsizlər, çolaqlar və daha başqa bir çoxları var idi. Onları İsanın ayaqlarının yanına qoydular və İsa onları sağaltdı. Dilsizi danışan, çolağı sağlam, koru görən və topalı yeriyən gördüyü zaman xalq təəccübləndi və İsrailin Allahına həmd etdi" ("Matta", 15/29-31).

Getdikcə çoxalan maneələrə baxmayaraq xüsusilə də təzyiq və zülm altında yaşayan xalqın arasında Hz.İsaya inananların sayı artmağa başlamışdı. Bu dövrdə Hz.İsa və həvariləri bütün ətraf qəsəbə və şəhərləri gəzmişdi. Bu arada rahiblər və mirzələr (katiblər) illərdir davam etdirdikləri ənənələrinin batil yönlərini onlara bildirən, qurduqları sistemdəki səhvlərini deyən, onları ancaq Allaha iman gətirib Allah üçün yaşamağa dəvət edən Hz.İsaya qarşı tələlər qurmağa başlamışdılar ("Luka" İncili, 22/1-2; "Yəhya" İncili, 11/48).


Qur’anda Hz.İsanın Allahın dərgahına qaldırıldığı və ona oxşar bir nəfərin İsa zənn edilərək öldürüldüyü xəbər verilir. Hz.İsa bütün peyğəmbərlərin etdiyi kimi xalqını Allaha iman gətirməyə, könüldən təslim olub Allahın razılığını qazanmaq üçün yaşamağa, günahlardan və pisliklərdən çəkinməyə, yaxşı işlər görməyə dəvət etmişdi. Onlara dünya həyatının müvəqqəti olduğunu və ölümün yaxınlığını xatırlatmış, axirət günündə hər insanın bütün etdikləri ilə sorğu-suala çəkiləcəyini bildirmişdi. İnsanları ancaq Allaha ibadət etməyə və ancaq Allahdan qorxub çəkinməyə çağırmışdı. İncildə də bu məsələ ilə bağlı çoxsaylı nəsihətlərə və ibrətamiz hekayələrə rast gəlmək mümkündür. Hz.İsa İncildə qeyd edilən ifadə ilə desək, "imanı qıt olanlara" nəsihətlər verir, insanlara "Allahın hakimiyyətinin" yaxın olduğunu müYdələyir və onları Allahdan bağışlanma istəməyə dəvət edir. Bu hakimiyyət yəhudilərin Məsihin gəlməsi ilə birlikdə xilas olacaqlarına ümid etdikləri və İsrail oğullarının imanına və qurtuluşuna səbəb olmasını gözlədikləri hakimiyyətdir.


Hz.İsa Hz.Musa şəriətinə, yəni həqiqi Tövratın hökmlərinə bağlı qalmış və yəhudiləri də bu hökmlərdən uzaqlaşdıqları və ya bu hökmləri qeyri-səmimi şəkildə, özünü göstərmək məqsədi ilə tətbiq etdikləri üçün tənbeh etmişdi. Əhdi-Cədidə görə, ona qarşı gələn yəhudilərə "Musaya iman gətirsəydiniz, mənə də iman gətirərdiniz. Çünki o, mənim haqqımda yazmışdır" ("Yəhya" İncili, 5/46) demişdi. Hz.İsa insanları Tövrata qayıtmağa dəvət etmişdi. Matta İncilində Hz.İsanın "Müqəddəs Qanun"a, yəni Hz.Musanın şəriətinə tabe olmaq üçün verdiyi bir əmr belə qeyd edilir:


"...Mən pozmaq üçün yox, icra etmək üçün gəldim..." ("Matta" İncili, 5/17).


"Beləliklə, bu ən kiçik əmrlərdən birini kim pozarsa və belə etməyi insanlara öyrədərsə, Səmavi Səltənətdə o, ən kiçik adlanacaqdır və onlara kim əməl edər və öyrədərsə, Səmavi Səltənətdə böyük adlanacaqdır" ("Matta" İncili, 5/19).


Qur’anda da Hz.İsa üçün belə xəbər verilir:


"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!" ("Ali-İmran" surəsi, 3/50).