Hz. İsa (ə.s) heybətli görünüşü və düzgün bədən quruluşu ilə insanların diqqətini çəkəcək.

Boyu Peyğəmbərimizə (s.ə.v) bənzəyir
Hz. İsanın (ə.s) boyu haqqındakı “uzunla qısa arasında”, “nə uzun, nə qısa”, “uzun deyil, uzuna yaxın orta boylu” kimi ifadələr (İbnü’l-Esîr, Nihâye II, 190; Nevevî, Şerhu Müslim II, 224.) Hz. İsanın (ə.s) uzuna yaxın orta boylu olacağını göstərir. Peyğəmbərimizin (s.ə.v) boyu da bənzər ifadələrlə təsvir edildiyinə görə, Hz. İsanın (ə.s) bu cəhətdən Peyğəmbərimizə (s.ə.v) bənzədiyi məlum olur:
Uzuna yaxın orta boyludur, rəngi qırmızı ilə bəyaza çalır, əynində boyanmış iki paltar var. O qədər təmizdir ki, nəm olmadığı halda, saçından sanki su damır. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.499) (Ebu Davud, Melahim, 4324). 

 

 

Hz. İsanın (ə.s) atletik və xoş görünüşlü bədən quruluşu olacaq
Hz. İsa (ə.s) enlikürək, incəbelli, çox çevik, güclü və atletik quruluşlu olacaq. Ayaqları və əlləri təmiz və parlaqdır. Nəcib, uzun barmaqları və mükəmməl quruluşlu əlləri var. Bu gözəl və imanın verdiyi heybətdən qaynaqlanan görünüşünə görə, insanlar ona baxmaqdan doymayacaq, nəzərlərini ondan çəkmək istəməyəcək. Peyğəmbərimiz (s.ə.v) Hz. İsanın (ə.s) heyranedici xarici görünüşünü və güclü heybətini belə təsvir etmişdir:
“O, qızılı, qıvrım saçlı və enlikürəkdir. O, səlibi (xaçı) sındıracaq, cizyə üsulunu ləğv edəcək, İslamdan başqa heç bir dini qəbul etməyəcək… Allahdan başqa heç kimə və heç nəyə ibadət etməyəcək. Hz. Muhəmmədin (s.ə.v) yoluna uyğun hökm verəcək, özü peyğəmbər olduğu halda, Peyğəmbərə (s.ə.v) tabe olacaq və Muhəmmədin (s.ə.v) ümmətindən olacaq, Peyğəmbərin (s.ə.v) ümməti və səhabəsi olacaq. Çünki o, onu Merac gecəsində görüb. Ona görə, səhabələrin ən fəzilətlisidir”. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 182)

 

Hz. İsanın (ə.s) fiziki xüsusiyyətlərini bilməyin əhəmiyyəti
Peyğəmbərimizin (s.ə.v) hədisləri işığında fiziki xüsusiyyətləri haqqında hərtərəfli məlumat aldığımız Hz. İsanın (ə.s) yer üzünə yenidən qayıtması çox gözlənilir. Yaşadığımız dövrdə 2000 il sonra gələcəyi gözlənilən Hz. İsa (ə.s), Peyğəmbərimizin (s.ə.v) müjdələdiyi kimi, nüzul edəcək. Bu həqiqətin fərqinə varan və Hz. İsa (ə.s) yer üzünə yenidən qayıtdıqda onu görmək və tanımaq şərəfinə nail olmaq istəyən bütün müsəlmanlar bu nurlu, mübarək peyğəmbəri doğru tanımaq üçün bütün bu səbəblərə sarılmalıdırlar. Çünki bu məlumatların yaxşı araşdırılıb təhlil edilməsi Allahın izni ilə Hz. İsanın tanınmasında mühüm yol göstərici olacaq.

 

 

Hz. İsanın (ə.s) bioloji ölümü hələ reallaşmamışdır
“Maidə” surəsinin 117-ci ayəsindəki “Sən məni vəfat etdirdikdən (təvəffəytəni) sonra onlara nəzarətçi Özün oldun” cümləsindəki “vəfat etdirmək” sözü bəzi şəxslərin iddia etdiyi kimi, bioloji ölüm deyil. Vəfat etdirmək həmişə insanın bioloji ölümü mənasında işlədilmir. Məsələn, bu ayədə “vəfat etdirmək” kimi tərcümə edilən sözlə “Ənam” surəsinin 60-cı ayəsində işlədilən söz eynidir. Ancaq “vəfat” sözünün ərəb dilindəki qarşılığının Azərbaycan dilindəki “ölüm” mənasından başqa mənaları da var.
Sizi gecələr vəfat etdirən (təvəffəqum), gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin…(Ənam surəsi, 60)
Bu ayədən də məlum olduğu kimi, Allah yatan insanın da canını alır, ancaq bu insan bildiyimiz mənada ölmür. “Təvəffa” sözünün yuxu mənasında işlədildiyini deyənlər (təfsirçilərin əksəriyyəti bu fikirdədir) ayəni “səni yatırdacağam” şəklində təfsir edirlər. Nəticə etibarilə, Hz. İsa (ə.s) yuxudakına bənzər vəziyyətdə Allah qatına yüksəldilmiş, sadəcə, bu məkan ölçüsündən ayrılmışdır (doğrusunu Allah bilir).

 

 

 

Hz. İsa (ə.s) gəldikdə 33 yaşında olacaq və bu dünyada vəfat edəcək
ADNAN OKTAR: O gözəl peyğəmbər gəldikdə 33 yaşında olacaq. Hətta saçı təmizliyinə görə nəm görünəcək. Hz. İsa (ə.s) çox alicənab, çox ağıllı, gözəl insandır. Onun peyğəmbər olduğu baxan kimi məlum olur. Bir çox möcüzə göstərəcək. İnsanlar bunu görüb onu dərhal tanıyacaqlar. Dünyada ömrünü tamamlayıb vəfat edəcək, inşaAllah. (Çay TV, 23 İyul 2008)

 

 

Hz. İsa (ə.s) 2000 il əvvəl çıxdığı zaman və məkan ölçüsünə yenidən daxil olacaq
ADNAN OKTAR: Hz. İsa (ə.s) 2000 il əvvəl zaman və məkan ölçüsündən ayrılmışdır. 2000 il sonra, yəni indi zaman və məkan ölçüsünə yenidən daxil olacaq. Eyni paltarında və ayaqqabılarında olacaq. Barmaq arasından keçən kəmərli, altı düz ayaqqabısı var. Əynində düz paltarı, düz əbası var, o paltarlarda yenidən gələcək və onu bir yerdə tapacaqlar, inşaAllah. (Denge TV, 9 Dekabr 2009)

 

 

Hz. İsa (ə.s) nüzul etdikdə onu heç kim tanımayacaq
Hz. İsa (ə.s) yenidən yer üzünə qayıtdıqda ətrafında onu tanıyan heç kim olmayacaq. Onun fiziki xüsusiyyətlərini, üzünü və ya səs tonunu tanıyan bircə nəfər belə olmayacaq. Dünyada heç kim: “Mən onu əvvəlcədən tanıyıram, bir zaman görmüşdüm, onun ailəsi və yaxınları filankəsdir”, - deməyəcək. Çünki onu tanıyan bütün insanlar təqribən 2000 il bundan əvvəl ölmüşdür. Anası Hz. Məryəm, Hz. Zəkəriyya (ə.s), dövrün yəhudi rəhbərləri və şəxsən Hz. İsanın (ə.s) təbliğ etdiyi insanlar vəfat etmişlər. Ona görə, ikinci dəfə yer üzünə gəldikdə onun doğulmasına, uşaqlığına, gəncliyinə və yetkinlik yaşlarına şahid olmuş heç kim olmayacaq və onun haqqında heç kim heç nə bilməyəcək. Yaşadığımız dövrdə Hz. İsa (ə.s) imanın nuru və Peyğəmbərimizin (s.ə.v) hədisləri vasitəsilə tanınacaq.

 

“Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - dediklərinə görə (lənətə düçar edildilər). Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Bu haqda ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişdilər. (Nisa surəsi, 157)