Həzrəti İsanın hilyəsi (fiziki xüsusiyyətləri)

Müxtəlif İslami qaynaqlarda Hz. İsanın fiziki xüsusiyyətləri ilə əlaqədar bir çox hədis və məlumatlar var. Bunlardan bir qisimi belədir:

1 "Orta boylu"

2 "Rəngi qırmızı ilə ağa arası"

3 "Üzərində boyanmış iki paltar vardır."

4 "O dərəcədə təmizdir ki, özünə su toxunmadığı halda başından su damcılayırmış kimidir."

(Ölüm-qiyamət-axirət və ahirzaman əlamətləri, s. 499)  (Əbu Davud, Məlahim,4324)

"O qırmızı, buruq saçlı və geniş sinəlidir. O, salibi (xaçı) qıracaq, cizyə üsulunu qaldıracaq, İslamdan başqa heç bir dini qəbul etməyəcək... Allahdan başqa heç kimə və heç bir şeyə ibadət edilməyəcək. Həzrəti Məhəmmədin (s.ə.v.) yolu ilə hökm edəcək, özü Peyğəmbər olduğu halda Peyğəmbərə tabe olacaq və Məhəmmədin (s.ə.v.) ümmətindən olacaq, Peyğəmbərin ümməti və səhabəsi olacaq. Çünki, o, onu Merac gecəsi görmüşdü. Elə isə səhabələrin ən fəzilətlisi olacaq." (İmam Sunuydi, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, s. 182)

"Gecə yeridildiyim zaman Musaya (ə) qovuşdum. (Peyğəmbər onu təvsif edərək:) Bir də gördüm ki, O Şəniyə qəbiləsi kişilərindən biri kimi qarayanız, uzun boylu, balıq ətli, düz saçlı bir şəxsdir. İsaya da qovuşdum (Peyğəmbər onu da təvsif edərək: İsa, orta quruluşlu, sanki hamamdan çıxmış kimi, al çöhrəli idi." (Səhihi Müslim, 2/1053)

"Mən bu gecə yuxumda özümü Kəbədə gördüm. Qəflətən əsmər bir adam gördüm. Sanki, o əsmər insanlardan ən gözəli, saçı iki çiyini arasında sallanırdı, (yəni) daranıb və təmizlənmişdi, saçından su damcılayırdı. İki əlini iki adamın iki çiyininə qoyaraq Beyti təvaf edirdi. (Orada olanlara) bu kimdir? deyə soruşdum. Onlar: bu Məryəmin oğlu Məsihdir (İsa) dedilər." (Səhihi Buxari, 9/177)