Hz. Mehdinin zühuru Hz. İsanın gəlişinin xəbərçisidir.

Hz. İsanın ikinci dəfə gəlişinin bir əlaməti olan əhəmiyyətli hadisələrindən biri də axır zamanın digər müqəddəs şəxsi olan Hz. Mehdinin zühuru olacaq.

Bədiüzzaman əsərlərində də vurğuladığı kimi Hz. Mehdi üç mərhələdə vəzifəsini yerinə yetirəcək. Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi isə Allahın icazəsi ilə Hz. Mehdinin üçüncü vəzifəsini yerinə yetirdiyi mərhələdə reallaşacaq. Bu dövrdə Hz. Mehdi Peyğəmbərimizin (s.ə.v.) xəlifəsi, yəni, İslam aləminin mənəvi lideri kimi dünyadakı bütün müsəlmanlar arasında İslam Birliyini təmin edəcək və lider olacaq. Hz. İsa gələndə Hz. Mehdinin bu vəziyyətində heç bir dəyişiklik olmayacaq. Hz. İsa da Hz. Mehdiyə kömək edəcək. Bu həqiqət bir hədisdə belə xəbər verilmişdir:

İmamları saleh bir insan olan Hz. Mehdi olduğu halda Qüdsə sığınarlar. Orada imamları onlara səhər namazını qıldırmaq üçün qabağa keçəndə baxarlar ki, Məryəm oğlu İsa səhər vaxtında enmiştir. Hz. Mehdi Hz. İsanı önə keçirtmək üçün arxaya çəkiləcək. Hz. İsa onun çiyinlərinə əlini qoyub və ona deyəcək ki, "Keç önə namazını qıl. Çünki, qamət (fərz namazı qılmaq üçün oxunan azan, namaza başlamaq işarəsi) sənin üçün gətirilmişdir...” (Əbu Rəfidən rəvayət edilmişdir; İmam Şarani, Ölüm, Qiyamət, Axirət və Axır Zaman Əlamətləri, Bədir Nəşriyyat, s. 495-496)