Müsəlmanların Hz. İsa sevgisi.

Xristianlıq və İslam arasındakı ən əhəmiyyətli ünsürlərdən biri də hər iki dinə mənsub olanların Hz. İsaya olan sevgiləridir. Quranda bütün peyğəmbərlərin eyni İlahi kəlamları insanlara çatdırdıqları, onları müjdələdikləri və xəbərdar etdikləri, eyni zamanda cəmiyyətlərinə ən gözəl şəkildə nümunə olduqları izah edilir. Məhz bu səbəblə, Müsəlmanlar peyğəmbərlərin hamısına iman edirlər, onlar arasında ayrı-seçkilik etmirlər. Müsəlmanlar Hz. Məhəmməd (s.a.v.) kimi, Hz. İsaya da iman edir, ona böyük sevgi və hörmət bəsləyirlər. Hz. İsa Quranda "Allahın elçisi və kəlməsi" (Nisa surəsi, 171) olaraq bildirilir: onun insanlığa bir "ayə (əlamət)" qılındığı (Ənbiya surəsi, 91) bildirilir: mübarizəsi, möcüzələri, həyatı haqqında çox əhəmiyyətli məlumatlar verilir. Hz. İsanın üstün əxlaqı Quran ayəsində təriflənir:

 

Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır. (Ali-İmran surəsi, 45)

 

Müsəlmanlar İncilin Allah Qatından endirilmiş İlahi kitab olduğuna (sonradan insanlar tərəfindən təhrif edilmişdir, ancaq içindəki haqq hökmlərin bəziləri günümüzə qədər qorunmuşdur) inanırlar. İncilin Xristianlara Allah tərəfindən yol göstərici, doğrunu səhvdən, halalı haramdan ayıran xüsusiyyətlərlə endirildiyini bilirlər. Belə ki, Hz. İsaya verilən İncilin xüsusiyyətləri bir Quran ayəsində belə bildirilir:

 

Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. (Maidə surəsi,46)

 

Müsəlmanlara ən yaxın insanların Xristianlar olduqları və bunun səbəbi bir ayədə belə ifadə edilmişdir:

 

Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni “Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir. (Maidə surəsi, 82)

 

Bu ayədə bildirilən yaxınlığın və isti əlaqələrin ilk nümunələri Hz. Məhəmməd (s.a.v.) dövründə yaşanmışdı. Zülm görən bəzi Müsəlmanlar Hz. Məhəmmədin (s.a.v.) yönləndirməsi ilə Xristian Kral Nəcaşinin rəhbərliyi alıtnda olan Həbəşistana hicrət etdilir. Orada təhlükəsizlik və dinclik içində yaşadılar. İslamın ilk illərində Müsəlmanlar ilə Xristianlar arasında xoş münasibət, sülh, hörmət, əməkdaşlıq, yardımlaşma, din, inanc və ibadət azadlığına əsaslanan yaxşı əlaqələr quruldu. Yenə bu dövrdə evlilik, ticarət, qonşuluq kimi ictimai həyatın ünsürləri bütün Müsəlmanlar və Xristianlara nümunə olacaq şəkildə tətbiq olundu.

 

Bundan əlavə, iki dinin qaynaqlarında da "özündən olmayanları düşmən saymaq" deyil, özündən olmayanlara da "dost kimi yaxınlaşmaq və onlarla yaxşılıq üzərində ittifaq qurmaq" prinsipi vardır. Bu mövzudakı əhəmiyyətli bir keçid İncilin Mark və Luka kitablarında keçir. Hz. İsa özlərindən olmayan bir kimsəyə soyuq davranan şagirdlərini xəbərdar etmiş və çox əhəmiyyətli bir dünyagörüşünü ifadə edən "bizə qarşı olmayan bizdəndir" hökmünü vermişdir. İncildə yer alan bu şərhlər Xristianlara, Müsəlmanlara dünyagörüşü mövzusunda yol göstərici olmalıdır. Müsəlmanlar bəzi mövzularda Xristianlardan fərqli düşünürlər. Lakin heç bir şəkildə Xristianlığa "qarşı" deyillər. Əksinə, Müsəlmanlar Hz. İsanı sevən, Allahın elçisi kimi qəbul edən, yenidən dünyaya gəlişini böyük həyəcan və şövqlə gözləyən bir birlikdir.