Üstün əxlaqı ilə digər insanlardan seçilər.

Allahın seçib göndərdiyi hər mübarək peyğəmbər kimi Hz. İsa da bütün üstün əxlaqi xüsusiyyətləri özündə cəmləşdirəcək. Onu digər insanlardan fərqləndirən ən vacib xüsusiyyəti isə yaşadığı cəmiyyətdə qeyri-adi şəkildə yüksələcək bir nüfuza sahib olmağıdır. Belə ki, insanlarda görülməmiş, vərdiş edilməyən və qeyri-adi təsirə malik olan bir əxlaqa sahib olacaq. Allaha olan etibarı və imanı ilə son dərəcə qətiyyətli, cəsarətli, cəmiyyətin təsiri altına düşməyən, əksinə hər kəsi öz təsiri altına salan güclü bir şəxsdir.

Allah, peyğəmbərlərini digər insanlara görə daha üstün xüsusiyyətlərlə yaratdığını aşağıdakı ayələrdə açıq-aşkar bildirmişdir. Bu mövzu ilə əlaqədar Quranda göstərilən bir çox misal vardır. Məsələn, "...İbrahim özü bir ümmət idi..." (Nəhl surəsi, 120), "Güc və bəsirət sahibi olan qullarımız İbrahimi, İshakı və Yaqubu yad et!..." (Sad surəsi, 45), “Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!” (Sad surəsi, 47), "...Bizi öz mömin bəndələrindən üstün edən Allaha həmd olsun..." (Nəml Surəsi, 15) ayələrində bildirilən ifadələr peyğəmbərlərə verilən üstünlüklərin bir hissəsindən xəbər verir. Hz. İsa da Allahın seçilmiş  peyğəmbərlərdəndir. Bir ayədə belə buyurulur:

 

(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. (Bəqərə Surəsi, 253)