Əbu Abdullah (İmam Cəfər-i Sadiq (ə.s.)) buyurdu ki: "Ey Hişam! Mənə Əmr bin Ubeydə nə etdiyini və ona necə bir sual soruşduğunu xəbər ver. Hişam (Ümumi bu sual üzərinə Əmr bin Ubeyd ilə aralarında keçən dialoqu izah etdi) dedi ki: Yoxsa Allah; ürəyi, bədənin digər orqanlarının şübhələriniaradan qaldırmaq üçün var etmişdir? (Əmr bin Ubeyd) Dedi ki: "Bəli!" Hişam dedi ki: "Allah Təala sənin bədəninin orqanlarını öz başlarına buraxmamış, onlara doğrunu bildirən, şübhəli şeylərlə əlaqədar qəti inamı ortaya qoyan bir imam var etmişdir.

 

Hz. Mehdi (ə.s.)-ın zühurunun ardından ona böyük qardaş olan insanlar üzərində səmimiyyət və ağıl artımı olacaq. Hz. Mehdi (ə.s.) insanların əxlaq və şəxsiyyət olaraq yetkinləşmələrinə vəsilə olacaq bu inkişaf nəticəsində isə insanların Allahın ayələrini anlama güclərini və anlayışlarını gücləndirəcək."Hz. Mehdinin (ə.s.) təbliğ üsulu insanların ürəklərinin  dərinliklərinə işləyən və Allaha ən səmimi ürəklə yönəldən şəkildə olacaq. Dindən uzaqlaşmış olanlar ibadətlərinə, şükür etməyə və hüzura geri dönəcəklər." (İkdud Durar, səhifə. 156, Bihar- ül Envar, cild 53, s. 36 və 280)


1 2 3 4 5 6 7 8 9 -- 11 12 13 14 15 16 17 18 19