Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. (Müzəmmil Surəsi, 6)ayəsində xəbər verildiyi kimi Hz. Mehdi (ə.s.)-ın gecələri edəcəyi dərslər və təbliğ gücüylə insanlar  dövlətinə, millətinə, dininə və bütün insanlığa faydalı hala gələcək. Əvvəllər cahil, xəsis və qorxaq olan bir insan, axır zamanın böyük mürşidi (doğru yolu göstərən adamı) Hz. Mehdinin (ə.s.) təbliği və təhsiliylə savadlı, comərd və cəsur bir hala gələcək; insanların şəxsiyyəti Uca Allahın razı olacağı şəkildə dəyişəcək."...

 

 

Möminlərin bir kimsəni sevmədə göstərdikləri ölçü, o adamın Allaha olan yaxınlığı, sevgisi, qorxusu və bağlılığıdır. Bu səbəblə, Rəbbimizin sifətləri ən çox kimdə təcəlli edirsə, möminlər tərəfindən ən çox sevilən, hörmət edilən adam o olar.Necə ki, Allahın elçiləri, Uca Allahın sifətlərinin ən çox təcəlli etdiyi, təqva tərəfindən ən üstün əxlaqı göstərən kəslər olmuşdur. Peyğəmbərimiz (s.ə.v.), axır zamanda Hz. Mehdi (ə.s.)-ın, dövrün ən sevilən şəxsi olacağına işarə etmiş və insanların ona qarşı hiss etdiyi sevgi səbəbiylə ətrafında toplanıb ona güvən və hörmətlə bağlanacaqlarını bildirmişdir.

 

1 2 3 4 5 6 7 8 9 10 -- 12 13 14 15 16 17 18 19