İnsan həm öz qədərinin, həm də dünya qədərinin tamaşaçısıdır. Heç kimin bu qədəri dəyişdirməsi mümkün deyil. Həmçinin bu qədərə etiraz etməsi Allahın vədini və qədərdə təqdir etdiklərinin reallaşmasını qətiyyən dəyişdirə bilməz. Allah kimi seçib kimin vasitəsi ilə dünyaya din əxlaqını hakim etsə, Mehdi (ə.s.) də o şəxs olacaq.

 

 

 

1980-ci ildən bu günə kimi dünyada və siyasət aləmində baş verən bir çox hadisələr Mehdiyətə və Məsihə görə irəliləyir. İslam aləmi 1980 (Hicri 1400)-ci ildən həm Peyğəmbər Əfəndimizin hədislərindən, həm Quran ayələrinin işarətlərindən, həm də böyük İslam alimlərin müjdələdiyi Hz. Mehdinin zühurunu açıq şəkildə gözləməyə başlamışdır. Bu, həmçinin Tövrat və İncildəki məlumatlardakı, yəni Yəhudilərin Kral Məsih (Hz. Mehdi), Xristianların isə Hz. İsanın yenidən dünyaya gəlişini gözlədikləri tarixlərdir.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 --