Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, özündən sonrakı əsrlərdə reallaşacaq hadisələr, ya da insanlar  haqqında, Hz. Mehdi (ə.s) haqqında olduğu qədər çox və detallı məlumat verilməmişdir.

 

Hədislərdə, Hz. Mehdi (ə.s) ilə birlikdə, Hz. İsa (ə.s)ın da axır zamanda yer üzünə ikinci dəfə gələcəyi və dəccalın da ortaya çıxacağı xəbər verilmişdir. Ancaq nə Hz. İsa (ə.s), nə də dəccal haqqında , Hz. Mehdi (ə.s) qədər heyrətamiz və detallı məlumatlar verilməmişdir.

 

 

Peyğəmbərimiz (səv)dən rəvayət edilən hədislərdə, Əbu Davud Həzrətlərinin Sünəni Əbu Davud adlı əsərində, İmam Rəbbani Həzrətlərinin Məktubatında yer alan hədislərdə və Hicri 1300-cü ilin ən böyük alimi və mücəddidi olan Səid Nursi Həzrətlərinin Risalələrində hər əsrdə İslam dinini bidətlərdən təmizləyəcək bir adamın  gələcəyi, xəbər verilmişdir. 
Peyğəmbərimiz (səv) hədislərində xüsusilə Hicri 1400-cü ili Hz. Mehdi (əs)ın zühur vaxtı olaraq bildirmiş və bu dövrdən etibarən insanların Hz. Mehdi (əs) ətrafında toplanmağa başlayacaqlarını söyləmişdir.
1 -- 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19