Hz. İmam Hüseyndən (ə.s) belə rəvayət olunmuşdur: "Bir-birinizin halını soruşub bir-birinizə lütf edin.

 

And olsun toxumu yarıb yaşıllaşdıran və canlıları yaradan Allaha ki, ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, HEÇ KİM BİRCƏ DİNAR VƏ DİRHƏM XƏRCLƏMƏYƏ BELƏ YER TAPA BİLMƏYƏCƏK." (Yəni Hz. Mehdinin zühur etdiyi zaman Allah Təalanın və vəlisinin (Hz. Mehdinin) lütfü səbəbiylə heç kim pulunu xərcləməyə bir yer tapa bilməyəcək.)

“Qab su ilə dolduğu kimi dünya sülhlə dolacaq. Heç kəsin arasında bir düşmənlik qalmayacaq və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz yox olub gedəcək.”
(Səhihi-Müslim, 1/136)
“... Cənabi-Haqq islamı necə bizimlə başlatmışsa, onunla (həzrəti Mehdi ilə) sona çatdıracaq. Necə bizimlə onlar aralarındakı şirk və ədavətdən (hüsumət və düşmənlikdən) xilas olmuş və ürəklərinə ülfət (dostluq) və söhbət (sevgi) yerləşmişsə (həzrəti Mehdinin gəlişi ilə) yenə elə olacaq.”
(Axırzaman Mehdisinin Əlamətləri, Cəlaləddin Süyuti, s. 20)
1 2 3 -- 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19