Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.), Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyayahakim etmək üçün ciddi  səy göstərənvə bu səylərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə alaniki mübarək şəxsdir. Hz. Süleyman və Hz. Zülkarneyn dövründəki dünya hakimiyyətindən əlavə bu iki dövrün ortaq cəhətivar. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrlərdə yaşanan dünya hakimiyyətiilə Hz. Mehdi dövründə yaşanacaq hakimiyyətin bənzərlikləri olacağına diqqət çəkilərək müsəlmanlara böyük müjdə verilir.

 

Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi haqqında ətraflı məlumat vermişdir. Hz. Mehdinin zühurunu müjdələyən yüzlərlə əlaməti əhatəli şəkildə xəbər vermiş, Hz. Mehdinin fiziki xüsusiyyətlərini ən incə detallarına qədər təsvir etmiş, Hz. Mehdinin əxlaqının necə olacağını izah etmişdir. Böyük İslam alimləri də Peyğəmbərimizin (s.ə.v.) hədislərinə əsasən Hz. Mehdinin hicri təqvimlə 1400-cü ildə zühur edəcəyini, İslam dünyasında birliyi bərqərar edəcəyini, Hz. İsa ilə birlikdə İslam əxlaqının hakim olmasında vasitəçi olacağını hamının başa düşəcəyi üslubla açıqlayıblar.